• III dərs
• TƏHLİL
ÜZRƏ İŞ
AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏKLƏ PARTA YOLDAŞINIZLA MƏTNİN
ÜZƏRİNDƏ İŞLƏYİN
1.
İlk mətnkənarı sualın cavabını biriniz ucadan oxuyun . Bu
parça ilə
bağlı bir neçə açar sözü, yaxud termini ikilikdə müəyyənləşdirib yazın. Oxunu dinləyən
həmin açar sözlərdən, yaxud terminlərdən
istifadə ilə bir neçə sual hazırlayır.
2.
Mətni oxuyan onu bir daha nəzərdən keçirib suallara cavab
verir
İkinci şagird - dinləyən cavabla razılaşarsa, onu qeyd edir.
3.
Növbəti mətnkənarı sualın cavabı oxunarkən rollarınızı
dəyişin.
Mətn oxunandan sonra onunla bağlı açar söz, yaxud terminləri
hər
ikiniz müəyyənləşdirin. Mətni hansınız oxumamışsınızsa, həmin söz,
yaxud terminlərdən istifadə ilə suallar hazırlayıb cavablandırmağı
yoldaşınıza təklif edin. Cavabları təsdiq edirsinizsə, onları qeyd edin.
4.
Mətn bu qayda ilə sona kimi oxunduqdan sonra hazırlanmış suallar
və onların cavabları ilə bağlı bütün siniflə fikir mübadiləsi və
müzakirə aparın.
Xalq şairi Bəxtiyar Vahabzadənin 1990-cı ilin
qanlı yanvar hadisələrinə həsr etdiyi "Şəhidlər" poeması Azərbaycan milli azadlıq ədəbiyyatının
kamil nümunəsidir. Poemada 20 yanvar şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi
misilsiz qəhrəmanlıq tərənnüm edilmiş, əlləri gür qatillərə ümumxalq nifrəti öz əksini
tapmışdır.
Poema hansı mövzuda yazılmış- dir? Şairin bu mövzuya müraciət etməsinin səbəbini nə ilə izah
edərsiniz?
Mənbələrin araşdırılması əsərin mövzusu barədə əsaslandırılmış fikir
deməyə imkan yaradır.
Poemada milli azadlıq mübarizlərinin qəhrəmanlarının ümumiləşdirilmiş parlaq bədii
obrazı yaradılmışdır. Şəhidlərin qəhrəmanlığından, günahsız yerə qətlə yetirilməsindən anışılan
əsərdə nikbin ruh, gələcəyə inam var.Şair inanır ki, şəhidlərin qanı
Poemada şəhidlərin bədii obrazı
necəyaradılmışdır?
yerdə qalmayacaq, xalqın igid övladları mübarizəni davam etdirəcək, üçrəngli bayrağı enməyə
qoymayacaqlar.
Əsərdə vətən uğrunda həlak olmuş Azərbaycan şəhidlərindən "ana torpağın bağrına azadlıq toxumu
səpən” milli qəhrəmanlar kimi söz açılır. Şair əmindir ki,
Vətənimizin azadlığı və müstəqilliyini yeni nəsillər ləyaqətlə qoruyacaqlar.
Poemanın bədii xüsusiyyətləri şairin kamil
bir sənətkar olduğunu bir daha təsdiqləyir. Şəhidlərin qəhrəmanlığının tərənnümü ilə faciəli
hadisələrin doğurduğu mühakimələr üzvi vəhdət təşkil edir. Bu, əsərin məzmunundan doğan
təəssüratı daha da gücləndirir.
Ədib epitet, bənzətmə, təzad, təkrir, metafor kimi bədii təsvir və ifadə
vasitələrindən istifadə edərək fikrin daha təsirli ifadəsinə nail olmuşdur.
Poema bədii sənətkarlıq baxımından hansı xüsusiyyətləri ilə diqqəti cəlb edir?
Mənbələrin araşdırılması bu barədə əhatəli fikir söyləməyə imkan verir.