ŞƏHİDLƏR
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən sonra fikir mübadiləsi və
müzakirə aparın.
Şəhid kimə
deyilir?
|
"Şəhidlik zirvəsi,” "şəhidlər
ölməz” ifadəsinin mənasını necə
başa düşürsünüz?
|
Şəhidlərin
keçdiyi yol bizə
nəyi öyrədir?
|
|
|
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanın məzmunu üzərində işləyin.
1.
Mətni bütövlükdə oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
2.
Kiçik qruplar yaradın, aşağıdakı tövsiyələrdən bəhrələnməklə suallar və onlara cavab
hazırlayın.
a) Məzmunun necə mənimsənildiyini aşkara çıxarmağa xidmət edənlər. (Kim? Nə? Harada?)
b) Əsərin məzmununu şərh etməyə istiqamətləndirənlər. (Bu
əlaqələr hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı
nəticəyə gəlmək olar?)
c) Dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola
bilərdimi? Hansı düşüncəyə səbəb olur?)
d) Münasibət bildirməyə imkan yaradanlar (Ədalətlidirmi? Haqlı
saymaq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü?)
3.
Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə
danışmağa imkan verir?
4.
Təqdimatlar etməklə qənaətlərinizi bölüşün və gəldiyiniz nəticələri
müzakirə edin.
NƏ İSTƏYİR BU MİLLƏT?
İstəkləri gözündə, tələbləri dilində,
Millət dənizə döndü dənizin sahilində.
Dalğalandı bu millət,
Alışıb öz oduna, yandı, yandı bu millət.
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi,
Başlandı bu ölkənin meydan mübarizəsi...
O zaman ki özümüz olduq öz dustağımız,
Qəlbimizə sığındı üçrəngli bayrağımız.
O vaxt ki azadlığın işartısı göründü,
Qəlbimizi bir anda dəlib keçdi o bayraq,
Qəlbimizdən boylanıb ələ keçdi o bayraq.
Bir məqsədə calandı,
Əllərdə dalğalandı.
Qatil bunu görüncə pozdu cəlalımızı,
Qanımıza boyadı bizim hilalımızı.