Bəxtiyar Vahabzadə
(1925–2009)
Bizi əhatə edən aləmdə nə varsa, Bəxtiyar Vahabzadəni dərindən düşündürür: xeyir və şəri,
gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi, bir sözlə,
insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq onun fitrətindədir.
Mütəfəkkir sənətkarın, ustad şairin başlıca qayəsi, uğuru
da bundadır.
Çingiz Aytmatov
BƏXTİYAR VAHABZADƏNİN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
B.VAHABZADƏ HAQQINDA BİLDİKLƏRİNİZİ YADA SALIB YIĞCAM
MÜZAKİRƏ APARIN.
Aşağıdakı qaydalara əməl etməklə mətni oxuyun.
1.
Mətni fərdi olaraq bütövlükdə nəzərdən keçirin. Abzasların başlanğıcına və sonuna,
fərqləndirilmiş söz və cümlələrə xüsusi diqqət
yetirin.
2.
Mətnin məzmunu ilə bağlı fikrinizdə yaranan sualları dəftərinizdə,
yaxud iş vərəqində yazın. Sual tərtib etməkdə çətinlik çəksəniz,
yenidən mətnə müraciət edin.
3.
Yazdığınız suallara cavab hazırlayın, bu zaman qısa qeydlər etməyiniz faydalıdır. Mətndə
birbaşa sualla bağlı yerləri (söz, cümlə,
abzas) silinməsi mümkün olan işarə ilə fərqləndirin.
№
|
Suallar
|
Onların qısa cavabı
|
|
|
|
4.
Suallara hazırladığınız cavabları mətnə baxmadan parta yoldaşınıza danışın. Unutduğunuz
yerləri danışdığınız məqamda təkrar
edə bilərsiniz.
5.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
6.
Gəldiyiniz nəticələri və öyrəndiklərinizə daha nələri əlavə etməyin vacib
olduğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində yazın.
B.Vahabzadənin həyat yolu və
yaradıcılığı hansı cəhətləri ilə
diqqəti cəlb edir?
Bəxtiyar Mahmud oğlu Vahabzadə Şəki şəhərində anadan olmuşdur. Kollektivləşmə əleyhinə Şəkidə
baş verən xalq üsyanı, rus ordusunun xalqın igid oğullarını amansızlıqla qətlə
yetirməsi,atasının, əmilərinin həbsi kiçik Bəxtiyara ağır
təsir etmiş, onun bütün sonrakı
həyatında dərin iz buraxmışdır. Şəkidə ibtidai məktəbdə oxuyan