İctimai-siyasi proseslərin təsiri ilə ədəbiyyatda 1990-cı illərin əvvəllərində taleyüklü məsələlərə və insana münasibətdə baxışlar dəyişir, bədii fikirdə müstəqil dövlətçilik düşüncəsi güclənirdi. Lakin yeni dövlət quruculuğunun başlanğıc dövründə iqtisadi böhran, qeyri-sabit həyat tərzi, cəbhədəki uğursuzluqlar ədəbiyyatda dərin və əhatəli əsərlərin yaranmasını ləngidirdi.
Dağlıq Qarabağın işğalı, qaçqın və köçkün axınının yaratdığı çətinliklər cəmiyyətdə birmənalı qarşılanmırdı. Həmin mərhələdə hərbi-siyasi və iqtisadimənəvi çətinliklərin bəzən hətta ümidsizlik doğurması ədəbiyyatda bir çox hallarda durğunluğa və məyusluğa səbəb olurdu.
Müstəqillik uğrunda mübarizənin gerçəklikləri Azərbaycan ədəbiyyatına öz mövzularını gətirdi. Ədəbiyyatda milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış, birlik və vətənpərvərlik duyğusu qüvvətləndi. 20 Yanvar, şəhidlik və milli azadlıq mövzusu Azərbaycan ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli obrazlar, təsirli səhifələr əlavə etmişdir.
1990-cı illərin əvvəllərindən başlayaraq, ictimai-siyasi dəyişikliklərin ədəbiyyatımızın qarşısında qoyduğu vəzifələri poeziya daha çevik həyata keçirirdi. Müstəqillik ərəfəsində Bəxtiyar Vahabzadənin "Şəhidlər” poeması milli istiqlal marşının nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün "Davam edir 37” şeirində milli azadlığa köklənmiş xalqımızın hələ ayaqda olan
Məmməd Aslanın "Ağla, qərənfil, ağla” şeiri 20 Yanvar faciəsinin doğurduğu ümummilli kədərin bədii ifadəsi kimi yaranmışdır. Hidayətin "Qara yanvar”, "Didərginlər” kitablarında toplanmış əsərlər müharibə və qaçqınlıq mövzusuna həsr olunmuşdur. Qarabağ müharibə mövzusu olmaqdan çox, milli istiqlal mövzusuna çevrilmişdir. Hüseynbala Mirələmovun "Yanan qar” romanında partizan hərəkatının təsviri əsasında Qarabağ uğrunda mübarizənin reallıqları əks etdirilmişdir. Xocalı faciəsi Azərbaycanda ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin faciəli səhnələrini ədəbiyyata gətirmişdir. Nürəngiz Günün "Xocalı simfoniyası” əsəri anaların fəryadı üstündə köklənmişdir. Azərbaycan ədəbiyyatında mübarizəyə çağırış poeziyası qüvvətlənmiş, publisistikanın vətəndaşlıq kəsəri artmışdır.
Dövlət müstəqilliyinin ilk illərində nəsrdə uğurlu addımlar atılmışdır. Anarın "Otel otağı" romanında Qarabağ müharibəsinin fonunda ölkəni tərk edib getmiş ziyalının faciəsi təqdim olunmuşdur. Elçinin nəsri və dramaturgiyası ədəbiyyatımızda yeni məzmun, forma axtarışlarının uğurlu nəticəsi kimi diqqəti cəlb