Roman yüksək bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. Əsərdə süjet xətti tədricən inkişaf
etdirilir, hadisələr əsas qəhrəman Cahandar
ağa ilə əlaqələndirilir. Surətlərin əksəriyyəti
öz fərdi keyfiyyətləri, fərqli dünyagörüşləri ilə Cahandar ağanın
Roman hansı bədii keyiyyətlərə
malikdir?
xarakterinin
açılmasına təsir edir. Müəllif surətləri fərdiləşdirmək üçün müxtəlif üsullardan
uğurla istifadə etmişdir. Əsərin gərgin konflikti, qəhrəmanların, hadisələrin
xarakterinin açılmasında təbiət lövhələrindən istifadə, tutarlı bədii təsvir və
ifadə vasitələri onu oxunaqlı edən mühüm məziyyətlərdir.
Müəllif bir kəndin timsalında dövrün Azərbaycan gerçəkliyi qarşısında qoyduğu "Hansı yolla
getməli?” sualının yaratdığı ziddiyyətlərin,
problemlərin həlli yollarını aydınlaşdırmağa səy etmişdir.
Əsərin başlıca ideyası nədir?
Müstəmləkə şəraitində milli varlıq uğrunda mübarizəyə diqqəti çəkən, bunun
təsvirinə geniş yer verən müəllifin əsl niyyətini anlamaq, əsərin ideyasını əhatəli
başa düşmək üçün mənbələr üzrə araşdırmanın aparılması vacibdir.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
2.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
3.
Mövzulardan birini seçib işləyin.
a) "İ.Şıxlının "Dəli Kür" romanında həyat həqiqətləri" mövzusunda
məqalə yazın.
b) "Cahandar ağa obrazına münasibətim" mövzusunda esse yazın.
1.
İ. Şıxlı. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Şərq-Qərb, səh.8-10
2.
Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild, Bakı: Bakı Universiteti nəşriyyatı, 2007, səh.157-160.
3.
T.Salamoğlu. İ.Şıxlının bədii nəsri. Bakı: "E.L.". NPŞ MMC, 2014,
səh. 107-113, 119-123.