Bədii təsvir və ifadə vasitəsinin işləndiyi cümlə |
Fikrin təsir gücünün artmasında onun rolu |
Seçilmiş nümunələr | Onlara münasibətim |
Romanda müxtəlif dünyagörüşlü insanların canlı, bitkin bədii obrazları yaradılmışdır. Onların hər biri səciyyəvi cizgiləri, fərdi xüsusiyyətləri ilə fərqlənir. Qori Müəllimlər Seminariyası ilə bağlı hadisələr, Əhmədin, Çernyayevskinin simasında
Cahandar ağanın həyatının və onun təmsil etdiyi həyat tərzinin qürubunda Əşrəf yeniliyi təcəssüm etdirən gəncliyin nümayəndəsi kimi diqqəti cəlb edir. Şamxal isə atası ilə aralarındakı ziddiyyətli münasibətlərə baxmayaraq, Cahandar ağanın milli varlıq uğrunda mübarizəsini davam etdirən obraz kimi yadda qalır.
Əsərdəki kəndli obrazları saf niyyətləri, halal əməyə bağlı olmaları ilə diqqəti cəlb edirlər. Ağır güzəran keçirən bu insanlar Cahandar ağanın sahiblik etdiyi kənddə mülkədar-kəndli münasibətlərində öz sinfi mövqelərinə uyğun hərəkət etsələr də, qeyrət, namus məsələlərində milli dəyərlərdən çıxış edirlər.
Pristav çar məmurlarının tipik nümayəndəsidir. Çarizmin siyasi, iqtisadi mövqeyi gücləndikcə, milli mənafeyə təcavüzü artdıqca pristavın da yerli əhaliyə münasibəti dəyişir, davranışı sərtləşir. Əsərdə çar hökuməti nümayəndələri ilə onlardan xeyir gözləməyən yerli əhali arasında qarşılıqlı inamsızlıq, "divan-dərənin” camaatın mövcud həyat tərzinə müdaxiləsi və s. real həyati lövhələrlə əks etdirilir.
Düşmənindən açıq döyüşdə yox, arxadan vurmaqla qisas almaq istəyən Allahyarın mənəvi yoxsulluğu oxucuda rəğbət doğurmur. Salatını öldürməyə cəhd etməsi, qaçırmağa çalışması, Qəmərin yalını, quyruğunu qırxması və s. onun namərdliyini təsdiq edir.
Molla Sadıq obrazı bütün din xadimlərinin təmsilçisi deyil, o, mövhumatın, fanatizmin müdafiəçisi, yeniliyin, təhsilin əleyhdarı kimi o dövrün reallığını, həyat həqiqətini əks etdirir. Lakin kənd əhalisinə məxsus meşənin çar hakimiyyəti tərəfindən qəsb edilməsinə etiraz etməsi Molla Sadığın milli həmrəylik hissindən məhrum olmadığını göstərir.