Gərgin toqquşmaların çox olduğu romanın süjeti və konflikti, ilk növbədə, güclü xarakterə malik Cahandar ağanın və onun ailəsinin taleyi üzərində qurulmuşdur. Cahandar ağanın ailəsindən başlanan konflikt getdikcə genişlənərək Cahandar ağa ilə Allahyar, Molla Sadıq, yerli əhali ilə çar hakimiyyəti nümayəndələri arasında barışmaz münaqişəyə çevrilir.
Yazıçı xalqımıza xas olan mənəvi dəyərlərin: mərdlik, əyilməzlik və qonaqpərvərliyin qorunub saxlanılmasını vacib sayır. Çarizmin mənəvi dəyərlərə - mənəvi mühitə təcavüzünə müqaviməti əks etdirən səhnələr oxucuda milli qürur, iftixar, mübarizlik hissi oyadır.
Əsərin baş qəhrəmanı Cahandar ağa mürəkkəb təbiəti olan, ziddiyyətli obrazdır. Milli xarakteri dolğun şəkildə təcəssüm etdirən Cahandar ağanın, ailəsinin keşməkeşli həyatı və onun qarşılaşdığı maneələr şəxsi mahiyyət daşımır, zamanın, dövrün hökmü ilə baş verir. Cahandar ağa Mələyi qaçırmaqla etdiyi səhvi
Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mübarizə aparır, əyilməz olduğunu hər addımda nümayiş etdirir. Zamanın sərt axarının yaratdığı yeni ictimai-siyasi şəraitdə məhvə məhkum olan Cahandar ağa dəli Kürün burulğanlı sularında həyata vida edir. Onun faciəsini şərtləndirən yalnız tarixi hadisələrin gedişi deyil, həm də şəxsi həyatındakı mənəvi sarsıntılar, ağır nəticələrə gətirib çıxaran məqamlardır.