Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mərəkəyə yaxınlaşdı. Aleksey Osipoviç mərəkədəkilərlə bir-bir
əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı.
- Siz Əşrəfin atası deyilsiniz ki?
- Bəli, - Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. - Uşaq necədir, canıbaşı sazdırmı?
- Təkdir, dostlarından ötəri yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən
başqa Göytəpədən heç kəs oxumur. Elə sizin kəndə ondan ötəri gəlmişəm. Gərək
kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparaq.
Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi.
• IV dərs
• MƏZMUN
ÜZRƏ İŞ
TAPŞIRIQLARI FƏRDİ OLARAQYERİNƏ YETİRİN
1.
Mənasını aydınlaşdırdığınız sözlərlə bağlı işi davam etdirin.
Tanış olmayan sözlər
|
Mənası
|
Öz sözümüzdür
|
Alınma sözdür
|
|
|
|
|
2.
Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı
hesab etməyənizə səbəb nədir?
Əsərdən seçilmiş
məcazlar
|
Məcazların növü
|
Onları maraqlı hesab
etməyimin səbəbi
|
|
|
|
3.
Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər
|
Bunun səbəbi
|
|
|
4.
Suallara cavab hazırlayın.
a) Rus Əhmədin və Aleksey Osipoviçin qarşıya qoyduğu məqsəd nə
idi?
b) Cahandar ağadan qisas almaq istəyən Allahyar başqa cür hərəkət
edə
bilərdimi?
c) Oxuduğunuz parçalar hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
5.
İkinci hissənin məzmununu yığcam nağıl edin.
6.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, təqdimata hazırlaşın.
7.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
1.
Əsərin ardını nəzərdən keçirib müzakirəyə hazırlaşın.
2.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
İ.Şıxlı. Seçilmiş əsərləri. 2 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2005.