Knyaz Xasay obrazı əsərdə Natəvanın şəxsi həyatı və ictimai
fəaliyyəti barədə geniş söz açmağa imkan verir. Dərin məhəbbətlə sevdiyi Natəvanla ailə həyatı
mürəkkəb hadisələrin axarında uğurlu alınmır; oxucu knyaz Xasayın düşdüyü çıxılmaz vəziyyət haqqında
dolğun təsəvvür qazanır.
Oxucu əsərdəki Mirzə Ruhullah, Seyid Hüseyn, Hidayət xan,
Məliküldövlə
və digər obrazlar barədə də əhatəli məlumat əldə edə bilir.
Əsər yüksək bədii keyfiyyətləri, poetik üslubu, dil zənginliyi ilə diqqəti çəkir. Yazıçı
obrazları öz səviyyələrinə uyğun dillə "danışdırır”.
Bu, müəllifin mövqeyini başa düşməyə imkan yaradır.
Əsər hansı bədii xüsusiyyətləri ilə diqqəti cəlb edir?
Ədib antonim, omonim,
sinonim, çoxmənalı söz, bədii təsvir və ifadə vasitələrindən gen-bol istifadə
etməklə dialoqların təsir gücünün artmasına, lirizmin güclənməsinə nail
olmuşdur. Dramda xarakterlərin qarşılaşdırılması, bir-birinə zidd hadisələrin
ardıcıl təsviri dramatik konflikti gərginləşdirir. Hadisələrin təbii inkişafı,
vahid süjet xətti ətrafında birləşməsi, eləcə də kompozisiya bitkinliyi əsərin
mükəmməl bədii keyfiyyəti barədə təsəvvür yaradır.
Dram Azərbaycanın bütövlüyü İdeyasının İrəli sürülməsi baxımından çox əhəmiyyətlidir və bu gün
də öz aktuallığını qorumaqdadır. Ədib İkiyə bölünmüş vətənimizin taleyi, xalqımızın
Bu əsəri yazmaqda dramaturqun başlıca niyyəti nə olmuşdur?
birliyi, azadlıq uğrunda mübarizəsinin davamlı olması və s. haqqındakı düşüncələrini Xurşidbanunun
həyatı,
fəaliyyəti ilə üzvi vəhdətdə əks etdirmişdir.
Mənbələri araşdırmaqla yazıçının niyyəti, əsərin ideyası haqqında dolğun
təsəvvür qazanmaq mümkündür.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumatlar əsasında
zənginləşdirin və tamamlayın.
2.
Mövzulardan birini seçib işləyin.
a) "Natəvan obrazı haqqında düşüncələrim” mövzusunda esse yazın.
b) "İlyas Əfəndiyev yaradıcılığında Qarabağ mövzusu” adlı məqalə
yazın.
3.
Şifahi təqdimata hazırlaşın.
1.
İ.Əfəndiyev. Seçilmiş əsərləri. 3 cilddə. I cild, Bakı: Avrasiya-press,
2005, səh. 7-10.
2.
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə. I cild. Bakı: Şərq-Qərb,
2007, səh. 19, 21.