Xalq yazıçısı İlyas Əfəndiyevin tarixi mövzuda yazdığı dramları içərisində Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, XIX əsrdə yaşayıb-yaratmış Xurşidbanu Natəvana həsr olunmuş "Xurşidbanu Natəvan” əsəri mühüm yer tutur. Pyesdə Xurşidbanunun taleyindən, yaradıcı fəaliyyətindən, öz xalqının rifahı üçün
İ.Əfəndiyevi düşündürən mühüm məsələ - xalqımızın birliyi problemi əsərdə diqqət mərkəzində saxlanılmışdır. X.Natəvan bu faciəli vəziyyətdən doğan narahatlığını, etirazını çar canişininə açıq bildirərək deyir: "İki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb qardaşı qardaşdan ayırmaları ədalətli iş deyil”.
Xurşidbanu Natəvan obrazı vətənpərvərliyi, yurduna, xalqına məhəbbəti, azadlıq, milli birlik ideallarına sədaqəti ilə diqqəti cəlb edir. O, iki imperiyanın məkrli "parçala, hökm sür” siyasətinin mahiyyətini aydın dərk edir. İnsanın vətəninə, öz mənliyinə,
Çar hakimlərinin istəyinə rəğmən, Natəvan mülkünü, torpaqlarını geri qaytarmağı tələb edərkən yalnız özünü düşünmür, əslini, kökünü unutmayaraq vüqarla: "mənim xalqım var”, - deyərək xəbis niyyətli insanları susdurur. Natəvanın fəaliyyəti timsalında əsərdə azadlıq, milli birlik, soykökünə, xalqa bağlılıq, doğma yurda, ana dilinə məhəbbət, xeyirxahlıq yüksək mənəvi dəyərlər kimi əks etdirilir. Xalqının müdafiəçisi olan Natəvan öz var-dövlətini sadə insanların güzəranının yaxşılaşmasına sərf edən xeyriyyəçidir. O, çətin duruma düşən insanların vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni edir, Şuşa əhalisi üçün öz imkanları hesabına su çəkdirir.
Əsərdə xalqın oyanışının, tərəqqisinin, təhsillə, elmlə bağlılığı xüsusi vurğulanır. Xurşidbanu maarifçidir. O, vətəninin gələcəyi üçün təhsilli gənclərin rolunu dərk edir və xalqın haqq işi uğrunda mübarizə aparmağa qabil yeni nəslin yetişməsini arzulayır. Bu məqsədlə o, kasıb kəndli uşaqlarını məktəbə cəlb etməklə, gəncləri xaricdə təhsil almağa göndərməklə vətənində dəyişikliklər üçün zəmin yaradır. Əsərdə Natəvanın məhəbbəti, ailə həyatı, ədəbi fəaliyyəti ilə bağlı səhnələr də onun bir şəxsiyyət kimi bütövlüyünü dərk etməyə imkan verir.
Dramda canişin Rusiya imperiyasının Azərbaycanda maraqlarının ifadəçisi kimi çıxış edir. O, Natəvana biganə qalmayan Knyaz Xasayı evlənməyə təhrik etməklə çar Rusiyasına sədaqətli tərəfdaş qazanmaq kimi siyasi məqsəd güdür. Natəvanın öz haqqını israrla tələb edərkən canişinin güzəştə getməsi də məhz bu niyyətdən irəli gəlir. Lakin Natəvanın vətənpərvərliyi, özünü xalqından ayırmaması bu niyyəti puça çıxarır.