5—8-ci şəkillərdə ifadə olunmuş mühüm fikirləri cədvəldə qeyd edin.
Beşinci şəkildə başlıca fikirlər
Altıncı şəkildə başlıca fikirlər
Yeddinci şəkildə başlıca fikirlər
Səkkizinci şəkildə başlıca fikirlər
2.
Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı
hesab etməyinizə səbəb nədir?
Əsərdən seçilmiş
məcazlar
Məcazların növü
Onları maraqlı hesab
etməyimin səbəbi
3.
Suallara cavab hazırlayın.
a) Şairlərin məclisində nə barədə mübahisə gedirdi? Mübahisə nə
ilə
nəticələnir?
b) Xurşidbanunun Şuşaya su çəkdirməsi insanlarda necə
əhvalruhiyyə yaratdı?
c) Knyaz Xasayın kədərlənməsinə səbəb nə idi?
d) Qoca knyaz Şuşaya nə məqsədlə gəlmişdi?
e) O, knyaz Xasayı nədə ittiham edirdi?
f) Xasayın Dağıstana qayıtmaq niyyətini Xurşidbanu necə qarşıladı?
g) Xurşibanu nə üçün Şahzadəni ikiüzlü, cəllad adlandırır?
h) Məliküldövlənin Xurşidbanunun yanına gəlməsi nə ilə əlaqədar
idi?
i) Mirzə Ruhullahla söhbəti Xurşidbanunu hansı qərara gəlməyə
sövq etdi?
J) Əsər hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?
4.
Kiçik qruplarda birləşin, fikirlərinizi dəqiqləşdirib ümumiləşdirin.
5.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
• EVDƏ İŞ
1.
Əsəri bütövlükdə nəzərdən keçirin.
2.
Oxuduğunuz yeni şəkillər hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
3.
Şəkillərdən birinin məzmununu geniş nağıl etməyə hazırlaşın.
4.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.