X u r ş i d b a n u. Diqqətinizə qarşı minnətdaram, knyaz həzrətləri. İcazənizlə biz bu gün Şuşa qalasına yola düşməliyik.
C a n i ş i n. Nə deyə bilərəm, sizə yaxşı yol. (Əl tutuşur.)
Xurşidbanu knyaz Xasaya da baş əyərək, Mirzə Ruhullahın müşayiəti ilə çıxır.
C a n i ş i n . (Xurşidbanunun ardınca baxaraq) Ağıllı qızdır (Zarafatyana.) Knyaz, siz nə vaxtacan subay gəzəcəksiniz?
K n y a z X a s a y (canişinin eyhamını başa düşərək, zarafatyana). Görünür, tale özü qəsdən məni indiyə qədər dayandırırmış, knyaz həzrətləri.
C a n i ş i n (güiümsəyir). Eləmi? Xurşidbanu həqiqətən şahanə xanımdır... (zarafatyana) Madam ki tale sizi indiyə qədər subay gəzməyə məcbur eləmişdir, demək, indi öz bəxtinizi sınaya bilərsiniz... Əgər Xurşidbanu ilə evlənsəydiniz, mən sizi ürəkdən təbrik edərdim... Zənn edirəm ki, bu izpac əlahəzrət imperatorun özünə də xoş gələrdi. Siz ona sadiq, onun taxt-tacına yaxın müsəlman kübar knyazsınız... İbrahim xanın nəvəsi ilə sizin izdivacınız Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət təsir edər, imperator hakimiyyətinə qarşı onların hüsnrəgbətini artırar. (Zarafatyana.) Necə deyərlər, siz bizi onlarla qohum edərsiniz.
K n y a z X a s a y (ruhla.) İmperator həzrətlərini məmnun etmək mənim üçün şərəfdir!
İşıq yananda Şuşa qalası görünür. Xurşidbanunun maiikanəsi. Knyaz Xasayia Xurşidbanu eyvana çıxırlar. İşıq yananda Şuşa qalası görünür. Xurşidbanunun maiikanəsi. Knyaz Xasayia Xurşidbanu eyvana çıxırlar.
X u r ş i d b a n u. Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir gücsüzlük hiss eləyib bir olan Allahdan nicat ummuşam. Elə bil ki o da mənim bu faciəli xalqıma cəsarətlə xidmət eləməyim üçün səni göndərmişdir! (Həyəcanla.) Sən güclüsən! Qafqaz canişininin dostusan. Səni əlahəzrət imperatorun özü sevir! Sənin məhəbbətin mənim köməyim, dayağım olacaq!
K n y a z X a s a y. İndi siz danışdıqca sanki mən də o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm... Düşünürəm ki, bizim xalqların taleyi nə qədər bir-birinə bənzəyir.
X u r ş i d b a n u. Ah, knyaz, mənim əzablar, iztirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki...
X u r ş i d b a n u (knyazdan aralanaraq). Gəl.
D a ş d ə m i r (gəlir). Banu bəyim, bir oğlan təkidlə sizi görmək istəyir.
K n y a z X a s a y. Mən getdim öz otağıma. (Knyaz keçir o biri otağa, cavan bir oğlan olan Seyid Hüseyn daxil olub təzim edir).
X u r ş i d b a n u. Kimsiniz, ay oğlan, nə istəyirsiniz?