İ.Əfəndiyevin yaradıcılığının əsas xətlərindən birini tarixi mövzuda yazdığı dramlar təşkil
edir. Ədibin müasir problemlərə həsr olunmuş əsərləri kimi, tarixi mövzularda dramları
da yeni insanı və yeni zamanı hazırlamağa
xidmət etmişdir. "Xurşidbanu Natəvan” (1981),Şeyx Məhəmməd Xiyabani”
(1986) dramları milli azadlıq hərəkatına həsr olunmuş qiymətli və ibrətamiz sənət
Sənətkarın tarixi mövzuda dramlarını səciyyələndirən cəhətlər
hansılardır?
əsərləridir. Yazıçının "Mahnı dağlarda qaldı”, "Tənha iydə ağacı” kimi
tarixi mövzuda yazılmış əsərlərində də müasir dövrlə səsləşmələr vardır. "Xurşidbanu Natəvan”
dramında XIX əsrdə öz xalqının mənafeyini qoruyan, azadlığını arzulayan, xeyirxah əməlləri ilə
tarixdə iz qoymuş Natəvanın parlaq
obrazı yaradılıb. "Şeyx Məhəmməd Xiyabani” dramında Səttarxan yolunun
davamçısı Şeyx Məhəmməd Xiyabaninin xalqımızın azadlığı, şah zülmündən
xilası uğrunda mübarizəsindən söz açılır.
Lirik-psixoloji dram ənənəsini səhnəyə gətirmiş İ.Əfəndiyev teatrı Azərbaycan mədəniyyətində fərqli
hadisədir. Yazıçının gerçəkliyi əks etdirən əsərləri yarandığı dövrün sədlərini aşmış, uzunömürlü
bir müasirlik həyatı
qazanmışdır.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız
məlumat əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualın cavabını da əhatə etməyə
çalışın:
-İ.Əfəndiyevin nəsr və dramatik əsərləri üçün ortaq cəhətlər hansılardır?
№ |
Müqayisə olunanlar |
Onların oxşar cəhətləri |
|
|
|
|
|
|
|
|
|
|
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
İ.Əfəndiyev. Seçilmiş əsərləri. 3 cilddə. I cild. Bakı: Avrasiya-press,
2005, səh. 4-17.
2.
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə. II cild. Bakı:
Şərq-Qərb, 2007, səh. 293.