1.
1960-1990-cı illərdə Azərbaycan ədəbiyyatı, onun aparıcı nümayəndələrinin yaradıcılığı
haqqında ədəbiyyat dərslərində öyrəndiklərinizi yada salıb yığcam müzakirə aparın.
Həmin dövrdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, incəsənət sahəsində baş
vermiş dəyişikliklər haqqında tarix dərslərində
qazandığınız biliklərdən istifadə edin.
2.
BİBÖ cədvəlinin ilk iki sütununda qeydlər edin.
Bilirik
|
Bilmək istəyirik
|
Öyrəndik |
|
|
|
3.
Mətni oxuyun. Tapşırıqları fərdi olaraq yerinə yetirin.
1 .Mətnkənarı sualların cavablarını ümumiləşdirib yazın.
Mətnkənarı suallar
|
Onların ümumiləşdirilmiş cavabı
|
|
|
2.Oxu zamanı sizi düşündürən sualları yazın. Cavablarını müzakirədə
dəqiqləşdirin.
Məni düşündürən suallar
|
Onların cavabı
|
|
|
4.
Aşağıdakı fikirlərin üzərində düşünün, müzakirədə onlara münasibət bildiri
— 60-cıların şeirlərini oxuyanda düşünürəm. İllərlə görüb yanından
keçdiyim şeylər gözümdə yeni rənglərlə canlanır. Bu şeirləri oxuyanda özümü
əvvəl olduğundan artıq daxilən zənginləşmiş hiss edirəm. Əgər şair qardan
yazmışdırsa, qarda, ağacdan yazmışdırsa, ağacda, gözlərdən yazmışdırsa,
gözlərdə nə isə bu vaxta qədər duyub dərk etmədiyim yeni çalarlar, qoxular,
rənglər duyur, görürəm. Məncə, həqiqi poeziyanın yolu budur.
(Rəsul Rza)
— 60-cılar ədəbi nəsli ədəbiyyatın əsas vəzifəsini insana daha artıq diqqət
və maraq göstərməkdə, insanın işindən, fəaliyyətindən çox, onun şəxsiyyətini, mənəviyyatını
açmaq, təhlil və əks etdirməkdə görürdülər. Onlar sovet gerçəkliyini tərənnüm və vəsf etmir,
onu ciddi bədii mühakimənin mövzusuna və predmetinə çevirirdilər.
(Şamil Salmanov)
5.
Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.
6.
Təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirə aparın.
BİBÖ cədvəlinin üçüncü sütununda qeydlər edin.