Əsərdəki hər obraz özünəməxsus fərdi cəhətləri ilə fərqlənir. Obrazların adları da əsərdə müəyyən məna kəsb edir. Mənfi tiplərin Gəldiyev, Verdiyev, müsbət qəhrəmanların Vahid, Rübabə adlandırılması da bu baxımdan düşündürücüdür.

Əsərin dili, üslubu sadəliyi, təbiiliyi, real həyata bağlılığı ilə diqqəti cəlb edir. Yazıçı romanda qəhrəmanların nitqinin fərdiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Gəldiyevin nitqində işlənən varvarizmlər, "əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan”, "mənsəb cəhənnəmin təkində də olsa, enməyi bacar” sözləri onun mənəviyyatsızlığını göstərir.
"Açıq kitab” oxucunu şərin mövcud olduğu cəmiyyətdə baş verə bi ləcək faciələrdən xəbərdar edir, silahlandırır. Yazıçının başlıca niyyəti hadisələrin cərəyan etdiyi dövrdə cəmiyyətdə
Mənbələrin araşdırılması əsərin zəngin ideyasını hərtərəfli açıqlamağa imkan verir.