Bir müddət (1897-1903) hüquq orqanlarında çalışsa da, bu iş onun ürəyincə olmamışdır. Xəstə xanımını 1903-cü ildə müalicə üçün Tiflisə aparan C.Məmmədquluzadənin həyatında yeni səhifə açılır.
Burada o, görkəmli ictimai xadim və ziyalı olan Məhəmməd ağa Şahtaxtlı (1846-1931) ilə görüşür. Onun təklifi və təkidi ilə Tiflisdə qalıb naşiri olduğu "Şərqi-rus” qəzetində çalışır. Mətbuat və qəzetçiliklə bağlı təcrübə toplayan C.Məmmədquluzadə "Poçt qutusu”, "Kişmiş oyunu” hekayələrini, çoxlu sayda məqalələrini "Şərqi-rus”da çap etdirir. Qəzet bağlanandan (1905) sonra o, Ömər Faiq Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə "Şərqirus”un mətbəəsini M.Şahtaxtlıdan alır. "Qeyrət” adlandırdıqları bu mətbəədə bədii əsərlər, tərcümələr və s. çap olunur.
Tiflisdə çıxan qəzetlərlə əməkdaşlıq edən C.Məmmədquluzadə bədii və publisistik yaradıcılığını davam etdirmiş və oğlanlar üçün açdığı məktəbdə müəllim kimi çalışmışdır. Artıq zəngin təcrübə toplamış yazıçı və publisist kimi tanınan C.Məmmədquluzadə fəaliyyətini genişləndirmək, xalqı, vətəni üçün daha faydalı iş görmək üzərində düşünürdü. Bu düşüncənin nəticəsində təkcə xalqımızın deyil, qonşu xalqların, bütün müsəlman Şərqinin milli oyanışına güclü təsir edən "Molla Nəsrəddin” jurnalı yarandı. İlk nömrəsi 7 aprel 1906-cı
C.Məmmədquluzadə 1920-ci ildə ailəsi ilə birlikdə (o, 1907-ci ildə ziyalı qadın olan Həmidə xanımla ailə qurmuşdu) Təbriz şəhərinə gedir. Təxminən 9 ay Təbrizdə yaşayan ədib çoxcəhətli fəaliyyət göstərir; "Molla Nəsrəddin” jurnalını nəşr etdirir, "Ölülər” əsərini tamaşaya qoyur, ziyalılarla vaxtaşırı görüşərək mədəni-maarif işlərinin həyata keçirilməsində onlara yardımçı olur, ictimai işlərdə yaxından iştirak edir...
Bakıya dönən Mirzə Cəlil özünü "fəhlə-kəndli dövləti” adlandıran sovet hakimiyyətinə böyük ümid bəsləyir, ictimai-mədəni işlərdə fəal iştirak edir, yeni hökumətin həyata