"Açıq kitab” Mir Cəlalın müasir mövzuda yazılmış ilk romanı sayılır. Əsərin mövzusu keçən əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslərdən, dövr üçün səciyyəvi hadisələrdən götürülmüşdür.
Mənbələrin araşdırılması mövzunun əhatəli şərhinə, yazıçının bu mövzuya müraciət etməsinin səbəblərini aydınlaşdırmağa imkan verir.
Cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyi romanda bədi cəhatdən əsaslandırılmışdır. Ölkədə gedən proseslər - müasir dünyagörüşlü, yeniliklərə can atan gənclərlə yanaşı, siyasi şüarlar əzbərləyib ictimai fəal cildinə girən, şər və böhtanla məşğul olan, evlər yıxan insanların
Təsadüfi deyil ki, yazıçının dövrün mənfiliklərini cəsarətlə ifşa etməsinə, problemlərin mahiyyətini açıb göstərməsinə münasibət birmənalı olmamışdır.
Yazıçı romanda müxtəlif xarakterə, dünyagörüşünə, həyat mövqeyinə malik yaddaqalan obrazlar silsiləsi yaratmışdır. Əsərdə müasir gəncliyi təmsil edən Vahid, Rübabə və onların ələbə dostlarının hər biri öz daxili aləmi, fərdi psixoloji cizgiləri,
Vahidin mənəvi dünyasının, fikir və hisslərinin təsvirinə əsərdə geniş yer verilir, oxucunun gözləri önündə ləyaqətli, sadə, təvazökar bir gəncin obrazı canlanır. Vahid inkişafa, tərəqqiyə mane olan insanlarla mübarizədə şəxsi intiqam, qisas hissindən uzaqdır. O, başqalarını əzməklə mənsəbə çatmaq, güzəran yaratmaq arzusuna düşənlərə öz yaradıcı fəaliyyəti, cəmiyyətə fayda verən əməlləri, mübarizədə əzmkarlığı ilə zərbə vurur.
Romanda Rübabə, Muxtar kimi gənclər Vahidin əməl dostlarıdır. Şəxsi mənafeyini hər şeydən üstün tutan, xudbin qüvvələrlə, "gəldiyevçiliklə” mübarizədə bu gənclərlə yanaşı duran qocaman mühəndis Vəzirbəyli, arıçı Sadıq kişi, tarzən Səttarzadənin yaddaqalan obrazları diqqəti cəlb edir.
Cəmiyyətdə özünü kəskin şəkildə büruzə verməyə başlayan əliəyrilik, dələduzluq, riyakarlıq, saxtakarlıq, mənəviyyatsızlıq hallarını yazıçı geniş, inandırıcı epik lövhələrlə təsvir edir. Kərim Gəldiyevin timsalında o, simasız, el malını dağıdan, eləcə də Verdiyev kimi ikiüzlü rəyasət düşkünlərini kəskin tənqid etmişdir.
Açıq kitab” yüksək ideya-bədii keyfiyyətləri ilə seçilən satirik romandır. Maraqlı süjetə, bitkin kompozisiyaya malik, lüzumsuz təsvirlərdən uzaq olan bu əsərin mövzusu, ideya istiqaməti