AÇIQ KİTAB
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarınızı cədvəldə qeyd
etdikdən sonra fikir mübadiləsi və müzakirə aparın.
- Qarşısına çıxan çətinliklərə baxmayaraq, tutduğu düz yoldan
geri çəkilməyən, haqsızlığa qarşı mübarizədə qalib gələn
insanlar haqqında eşitmisinizmi?
Bu insanları şəxsən tanıyırsınızmı? |
Belə insanlar barədə nə düşünürsünüz? |
|
|
- Bu əqidədə olan hansı ədəbi qəhrəmanları tanıyırsınız?
Tanıdığım ədəbi qəhrəmanlar |
Onlarda dəyərləndirdiyim cəhətlər |
|
|
Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin:
1.
Əsərdən verilmiş birinci hissəni oxuyun.
2.
Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə
aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdü |
Alınma sözdür |
|
|
|
|
3.
Seçdiyiniz məcazların növünü dəqiqləşdirin.
Əsərdən seçilmiş məcazlar |
Onların növü |
|
|
4.
Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri
ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər |
Bunun səbəbi |
|
|
5.
Suallara cavab hazırlayın:
a) Ata ilə oğulun gözlənilməz görüşü sizdə necə təəssürat
yaratdı?
b) Sadıq kişi oğlunun institutdan qovulması xəbərini necə
qarşıladı?
c) Gəldiyev Vahidin institutdan
çıxarılmasına necə nail oldu? Onun nitqində, davranışında
diqqətinizi daha çox çəkən nədir?
d) Vahidin bayram nümayişində iştirakı Gəldiyevə hansı imkanı
yaratdı?
e) Vahidin instituta bərpa olunması necə mümkün oldu?
f) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan
verir?
6.
Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirin və
ümumiləşdirin.
7.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
BİRİNCİ HİSSƏ
İlin o vaxtı idi ki, yay istisi adamların canından yenicə çıxmış, soyuq isə hələ
kar eləməmişdi. Pəncərələr yenicə örtülür, qış tədarükü yada düşürdü.
Sadıq kişi poçt ilə Bakıya, tələbə oğluna göndərəcəyi bağlamanı sahmanlayırdı. Üzüm yeşiyinə bir
balaca bərni bal ilə bişirilmiş halva, bir neçə gülöyşə
nar, alma-armud qoymuşdu. Fətirlərə yer düşünürdü. "İsti şeydir, - deyirdi, -
bura qoysam, yağı çıxar”.
"Bismillah” deyib addımını darvazadan, balaca qapıdan eşiyə atanda əlində
çamadanı olan və içəri girmək istəyən adamla elə üz-üzə gəldi ki, qara çamadanla
ağ bağlama bir-birinə toxundu. Gələnin üzünə baxanda yerində dondu, bir an
hərəkətsiz qaldı. Sonra üzündə ani bir təbəssüm doğdu və yox oldu. Əlini oğluna
tərəf uzatdı. Sual və təəccüblə onun üzünə baxa-baxa dedi: