ön mövqeyə çəkilmişdir. Bu əsərdə həm də Mir Cəlal zamanına görə müasir
mövzularda dilə gətirilməsi çətin olan vətəndaşlıq qayəsi haqqındakı baxışlarını
ifadə etmişdir. Əsər eləcə də müəllifin ürəkdən bağlı olduğu "Molla Nəsrəddin”
ədəbi məktəbinə, bu məktəbin görkəmli nümayəndələrinə böyük ehtiramın bədii
ifadəsi kimi əhəmiyyətlidir.
Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslıq elminin
qiymətli nümunələrini yaratmışdır. Onun M.Füzulinin yaradıcılığına həsr olunmuş "Füzuli
sənətkarlığı” monoqrafiyası
Mir Cəlalın elm
yaradıcılığı hansı
cəəhətləri ilə
səyyəvidir?
orta əsrlər Azərbaycan poeziyası haqqında mühüm elmi məniyasında maarifçi realizm, tənqidi realizm
və romantizm cərəyanlarının elmi-nəzəri məsələləri tədqiq edilmişdir.Böyük demokrat ədib
C.Məmmədquluzadənin yaradıcılığının əsl mahiyyətini, sənətkarlıq xüsusiyyətlərini açan tədqiqatları
ilə o, Azərbaycan ədəbiyyatında realizmin özünəməxsus
cəhətlərinə aydınlıq gətirmiş, ədəbiyyatşünaslıq elmini daha da zənginləşdirmişdir. Mir Cəlalın
həmmüəllif olduğu "Ədəbiyyatşünaslığın əsasları”, "XX
əsr Azərbaycan ədəbiyyatı” dərsliklərindən ali məktəblərimizdə indi də dəyərli
mənbə kimi istifadə olunur.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə
etməyə çalışın:
a) M.Cəlalın romanlarının müasir dövrümüz üçün əhəmiyyəti nədir?
b) M.Cəlalın hekayələrində qaldırılmış problemlər hansı baxımdan
aktual hesab edilə bilər?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
Mir Cəlal. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005,səh. 4-14.
2.
Azərbaycan nəsri antologiyası. 5 cilddə. III cild. Bakı: Şərq-Qərb,
2006, s. 4-5; 14-16.