Mir Cəlal Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Uşaqlıqda ailəsi ilə birlikdə Gəncəyə köçmüş, ibtidai təhsilini burada almışdır. Onun gənclik illəri Gəncədə keçmişdir. Buradakı qaynar ədəbi mühit onda bədii yaradıcılığa meyil
1930-1932-ci illərdə o, Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil almışdır. Sonra Bakıya qayıdaraq təhsilini Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirmişdir. Bir müddət elmi fəaliyyətlə məşğul olmuş, mətbuat sahəsində çalışmışdır. 1933-cü ildən ömrünün sonunadək pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir.
Mir Cəlalın yaradıcılıq fəaliyyəti çoxcəhətlidir. Bədii yaradıcılıq, publisistika və elm sahəsində uğurla fəaliyyət göstərən ədib daha çox yazıçı kimi şöhrət qazanmışdır. XX əsr Azərbaycan bədii
Mir Cəlalın "Dirilən adam” (1934) əsərində mükəmməl xarakterli obrazların yaradılmasına xüsusi diqqət yetirilmişdir. Əsərdəki Qədir obrazı sərt ictimai mühitin girdabından çıxmaq üçün var gücü ilə mübarizə aparan, lakin cəmiyyətdə dayaq tapa bilməyən insanların keşməkeşli taleyini özündə ümumiləşdirir.
1941-ci ildə yazılmış, müharibə başladığı üçün 1944-cü ildə çap olunmuş "Açıq kitab” romanında tutduğu doğru yoldan dönməyən yeni nəslin uğurlarının labüdlüyü, maarifçi mühiti bulaşdıran insanların faciəsinin ictimai mahiyyəti açılıb göstərilir. "Yaşıdlarım” (1946) avtobioqrafik romanında qocaman yazıçı Kərimzadənin taleyini əks etdirməklə yazıçı milli ziyalılığın problemlərini ön plana çəkmişdir.
Mir Cəlalın "Bir gəncin manifesti” romanı (1938) isə ədəbi-tənqiddə haqlı olaraq Azərbaycan ədəbiyyatının yeni dövrünün manifesti kimi təqdim edilmişdir. Bu əsərdə ədibin realizmi bütün gücü ilə nəzərə çarpır. Romanda yazıçı təkcə əsərin qəhrəmanı Baharın haqlarını müdafiə etmək, ədalətsiz cəmiyyətin əzdiyi insanın çağırışlarını əks etdirməklə kifayətlənmir, bütövlükdə insanlığın manifestini canlandırır. "Yolumuz hayanadır” (1957) romanında isə tarixiliklə müasirlik öz əksini üzvi əlaqədə tapmışdır. Əsərdə Azərbaycan satirik şeirinin görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin keşməkeşli həyatı və ədəbi mübarizəsinin fonunda sənətkar və zaman münasibətlərinin məsuliyyəti və gərginli