Mir Cəlal
(1908-1978)
Mir Cəlal müəllim gözəl romanlar, povestlər və hekayələr
müəllifi kimi geniş şöhrət qazanmışdır. Bədii təfəkkürlə elmi
təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq,
həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüdrət
vermiş, onun hər iki sahədəki böyük uğurlarının məhvəri, əsası
olmuşdur. Mir Cəlal müəllim bütöv xarakterli, müstəqil düşüncəli
bir şəxsiyyət idi.
Təhsin Mütəllimov
MİR CƏLALIN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı nə bilirsiniz?
Ədəbiyyat dərslərində öyrəndiklərinizi yada salıb yığcam
müzakirə aparın.
2.
BİBÖ cədvəlinin “Bilirik” və “Bilmək istəyirik” sütunlarında
müvafiq qeydlər edin.
Kiçik qruplar yaradaraq aşağıdakı tapşırıqları yerinə yetirin.
1.
Mətnkənarı suallarla bağlı cavabları oxuyun, məzmununu
ümumiləşdirib bir neçə cümlə ilə yazın.
Mətnkənarı suallar |
Onların ümumiləşdirilmiş cavabı |
|
|
2.
Digər qruplara vermək üçün mətnlə bağlı bir neçə sual
müəyyənləşdirin.
Müəyyənləşdirdiyim suallar |
Onların cavabı |
|
|
3.
Təqdimatlar etməklə gəldiyiniz nəticələrlə bağlı məlumat
mübadiləsi və müzakirə aparın, aşağıdakı fikirlərə münasibət bildirin.
- Görkəmli nasir Mir Cəlal klassik Azərbaycan nəsrinin ən gözəl
ənənələrini davam və inkişaf etdirir və yeni keyfiyyətlərlə
zənginləşdirir.
(Əhəd Hüseynov)
- Mir Cəlal müəllimin mühazirələri də, bədii və elmi əsərləri də
sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi idi. O, təbiəti
etibarilə necə sadə idisə, danışığı da, elmi və bədii təhkiyəsi
də eləcə sadə idi və əsas məsələ burasındadır ki, onun həm
şəxsiyyətində, həm də yaradıcılığındakı o sadəlik müdrikliyin
nəticəsi idi.
(Elçin)
4.
BİBÖ cədvəlinin “Öyrəndik” sütununda müvafiq qeydlər edin.