və baş vermiş olayların müəllifin dili ilə canlandırılması məzmuna
güclü emosional ovqat qatmışdır. Təhkiyəçi, bəzən ona ağır olsa da,
ürəyini boşaldır, lakin bir an da olsa, əsas mətləb, məqsəd
unudulmur. Bütün deyilənlər bir nöqtədə birləşir: insanlığa qarşı
cinayət işlənilmişdir. Şair sərbəst şeirin dilimizin zəngin
imkanlarından istifadəyə mane olmadığını hər səhifədə nümayiş
etdirir. Cəmi bir neçə kəlmə, yaxud bir-iki misra təkrarsız bədii
lövhə yaratmaq, böyük bir fikir ifadə etmək üçün kifayət edir:
"Dosta sadiq, ülfəti yumşaq idi”, "Yaşlı bir uşaq idi”, "Uşaq kimi
inanan, yetim kimi kövrək”, "Pəncərəsi döşəmədən bircə qarış yuxarı
bir otaq” və s.
Poema maraqlı məcazlarla, orijinal deyimlərlə zəngindir. Mənbələri
öyrənməklə, poemaya yenidən müraciət etməklə bunları əhatəli
açıqlamaq mümkün olur.
Əsərin ideyası nədir?
Əsərdə xalqımızın taleyində qara ləkə olan
amansız repressiya dövrünün eybəcərlikləri ifşa olunur. Günahsız, safqəlbli, xalqını, vətənni
sonsuz məhəbbətlə sevən M.Müşfiqin və onun kimi
yüzlərlə, minlərlə yaradıcı insanımızın xüsusi amansızlıqla məhv edilməsi barədə oxucuda aydın
təsəvvür
yaradılır. Bu deyilənlər poemanın ideyaca zəngin olduğunu təsdiq edir.
Mənbələrin araşdırılması, əsərdə təsvir olunanların bir daha diqqətlə nəzərdən keçirilməsi onun
zəngin ideyası barədə əsaslandırılmış fikir söyləməyə
imkan verir.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi
mənbə
|
Məlumatın məzmunu və aid olduğu
mətnkənarı sual
|
|
|
2.
Poema haqqındakı qənaətinizi aşağıdakı cədvəldə qeyd edin.
Qızılgül olmayaydı" poemasında məni
|
qane edən cəhətlər
|
qane etməyən cəhətlər
|
|
|
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
4.
Mövzulardan birini seçib işləyin:
a) "Mikayıl Müşfiq obrazının təhlili" mövzusunda yığcam inşa yazın.
b) "Poemadan hansı təəssüratla ayrıldım" mövzusunda yığcam esse yazın.
1.
R.Rza. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Bakı: Öndər, 2005, səh.19.