Artıq qeyd edildiyi kimi, ötən əsrin 60-cı illərində SSRİ adlanan imperiyada siyasi iqlimin
az da olsa yumşalması ədəbiyyatda repressiya
ilə bağlı bədii əsərlərin yaranmasına, olub-keçmişlərə həqiqət mövqeyindən münasibət
bildirilməsinə imkan yaratdı. R.Rzanın "Qızılgül olmayaydı” poeması da belə bir
Poema hansı mövzuda yazılmışdır? Şairin bu mövzuya müraciətinin səbəbi nədir?
şəraitdə çap olundu.Əsər repressiyanın günahsız qurbanı olan Mikayıl Müşfiqə həsr edilmişdir. Lakin
müəllif
məsələyə çox geniş anlamda yanaşmış, əsərdə totalitar rejimin qeyri-insani siyasətini ifşa etmişdir.
Müəllif həmçinin bu mövzuya müraciət etməsinin səbəblərini açıqlamış, bunun daha çox vicdani iş
olduğunu göstərmişdir.
Mənbələrin araşdırılması bütün bunların ətraflı aydınlaşdırılmasına imkan
yaradır.
Poemada müəllif təhkiyəçi kimi çıxış edir.
Olmuş hadisələri, keçirdiyi təzadlı duyğu və
düşüncələrini o, Dilbər xanıma müraciətlə danışır. Müəllifin səmimi etirafları, özünüməzəmmət,
özünügünahlandırmaları bəzən oxucu üçün gözlənilməz olsa da,
Əsərdəki obrazlar üçün səciyyəvi
olan cəhətlər hansılardır?
bunları diqqət və həssaslıqla qarşılayır. Gənc Müşfiqin obrazı da müəllifin dilə gətirdiyi
xatirələr əsasında yaranır. Onların tanışlığı dostluğa çevrilir. Daha sonra isə
əziyyətli və fərəhli yaradıcılıq günləri bir-birini əvəz edir. Müşfiqin sadəliyindən,
səmimiliyindən, kövrəkliyindən ürəkdolusu danışan müəllif onun şeir məclislərindəki çıxışlarından,
xalq tərəfindən məhəbbətlə qarşılanmasından və sevilməsindən də söhbət açır. Müşfiqin şeir, sənət
aşiqi olduğuna, bir sənətkar və insan
kimi böyüklüyünə oxucuda inam hissi daha da güclənir. Xalqın keçmişinə,
mütərəqqi ənənəyə sıx bağlı olan Müşfiqin yeni, mübariz milli poeziya uğrunda
narahat axtarışları barədə dolğun təsəvvürün yaradılması poemanın təsir gücünü
birə-beş artırır. Vədələşib ayrılan dostların növbəti görüşü, gərgin iş günü baş
tutmur. Müşfiq gəlmir. Poemanın bu səhifələri müəllifin keçirdiyi ağır hiss və
düşüncələri əks etdirir. Repressiya dövrünün sərt üzü, istedadlı, yaradıcı
insanların işgəncələrə məruz qalması və məhv edilməsi konkret adlar çəkilməklə
nəzərə çarpdırılır. Beləliklə, poemada oxucunun inamını qazanan, onunla səmimi
ünsiyyət yaradan müəllif obrazı da formalaşmış olur.
Dilbər obrazı ilə bağlı deyilən bir neçə cümlə onun haqqında aydın
təsəvvür
yaradır: nimdaş palto, rəngi solmuş paltar, vaxtsız ağarmış saçlar, quyuya
düşmüş gözlər, hər an ağlamağa bəhanə axtaran bəxtsiz qadın... Bu, repressiya
qurbanı olan minlərlə ziyalının, yaradıcı insanın ömür-gün yoldaşının taleyi idi.
Mənbələrin araşdırılması Müşfiq, eləcə də təhkiyəçi - müəllif obrazı barədə
əhatəli fikir deməyə imkan verir.
Əsər 1963-cü ildə çap olunsa da, xeyli əvvəl
yazılmışdır. Bu illər şairin yaradıcılığında yeni
mərhələ sayılır və o, novator sənətkar kimi diqqət mərkəzində idi. Bu baxımdan da poemanı həmin
dövrün ən yaxşı əsəri kimi
dəyərləndirmək olar. Şairin özəl bədii sənətkarlığı əsərin quruluşunda, dil və
üslubunda, məcazlar sistemində aydın duyulur. Poemanın forması - keçmişə qayıdış
Poema hansı bədii xüsusiyyatlai ilə diqqəti cəlb edir?