şeirin duzu bərkitdi.
Ayrılmadıq -
bahar oldu, qış oldu,
gün oldu, yağış oldu...
Qulaq as, bacım!
Qulaq as!
Qəmli söhbət gileysiz olmaz.
Sinəmdə qövr edəndə qubar,
dolu olanda ürək -
deyib boşaldasan gərək!
Tanışlığımız
bir yaz səhəri oldu.
Dedik: ömrümüz
nurlu səhər olacaq.
Nə bilək?!
Nə bilək ki,
baş alıb gedən illərdə
elə günlər gələcək -
yediyimiz-içdiyimiz
ağu, zəhər olacaq...
... Cibimiz puldan azad,
könlümüz qəmdən.
Mən onun axıcı şeirindən
həzz alardım,
o mənim
xalları bərkiməmiş
nəğməmdən...
O hamıdan sadəydi,
hamıdan açıqürək.
Uşaq kimi inanan,
yetim kimi kövrək.
Dilindəydi çox zaman
acığı, qəzəbi.
Həm bədəndən zəif idi,
həm də xeyli əsəbi.
Gah görürdün:
kəskin odlu sözüylə
rəqibini dağladı.
Gah görürdün:
bircə sözdən
qısılıb bir bucağa,
xısın-xısın ağladı.
Hərdən qızıb,
bircə tikana görə
bütün bağı söyərdi.
Hərdən saxta
bir gülüşə inanar,
bədxahını öyərdi.
Dosta sadiq,
ülfəti yumşaq idi.
Nə deyim,
necə deyim,
Yaşlı bir uşaq idi...
Tez-tez şeir oxumağa -
görüşlərə gedərdik:
zavoda, ya məktəbə,
qəsəbəyə, ya kəndə.
Salon susub durardı
alovlu misraları
o, məclisə tökəndə:
"Oxu, tar, oxu, tar!
Səni kim unudar?!”
İndi bu sözləri
ona desək, yeri var:
"Səni kim unudar!”
1.
Əsərin davamını (bir parçası aşağıda verilmişdir) oxuyun.
2.
Məzmunla bağlı sizi düşündürən suallar və onlara ilkin
cavablar hazırlayın.
3.
Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. Onların (beşdən
az olmayaraq) alınma, yaxud dilimizə aid olduğunu
əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdür |
Alınma sözdür |
|
|
|
|
4.
Daha maraqlı hesab etdiyiniz məcazları yazın.
Əsərdən seçilmiş məcazlar və
onların növü
|
Bu məcazları maraqlı hesab
etməyimə səbəb nədir?
|
|
|
5.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
Gözlərini yumardı
(belə şakəri vardı).
Oxuyardı əzbərdən,
bir kəlməsini çaşmadan,
heyran qalardı adam:
"Fikrim, hissim, xəyalım
o qədər yüksəldi ki,
mənə elə gəldi ki,
bizlərdən əvvəl nə göy,
nə yer, nə torpaq olmuş,
nə ağac dallarında
bir yaşıl yarpaq olmuş!”
Ahəng axıcı,
sözlər aydın.
Bəlkə, o, belə şair
olmazdı,
bu xalq
bu torpaq,
o yaşıl yarpaq,
o aydın səhər,
bir də sən,
Dilbər, -
Bir də sən olmasaydın!
Sevirdi onu
məktəbli də, kəndli də,
fəhlə də.
Bu gün olmuş kimi
gözümün qabağındadır
hələ də
bir şeir gecəsi.
O, şeir oxuyandan sonra
bir qoca səhnəyə qalxdı.
Yanaşdı ona,
gözlərinə xeyli baxdı.
Sonra basdı bağrına onu.
Dedi: - Sağ ol, bala!
Əlinin dalıyla sildi
sevincdən yaşaran
gözlərini,
təkrar etdi onun sözlərini:
"Oxu, tar, oxu, tar!
Səni kim unudar?..”
Yadımdadır!
Pəncərəsi döşəmədən
bircə qarış yuxarı
bir otaq.
Əl vuranda qulun kimi
qışqırırdı qapıları,
Divarları çopur-çopurdu.
Küçədə yüyürsələr,