ədəbiyyatında mənzum dram
məktəbi yaratmışdır. Romantik-publisist şeirin böyük yaradıcısı olan
M.Hadinin "Əlvahi-intibah” poeması əhəmiyyətli ədəbi hadisə
sayılmışdır. A.Səhhət və A.Şaiq Azərbaycan romantizminə yeni
ideyalar və fərqli poetik formalar gətirmiş, uşaq şeirinin qızıl
fondunu təşkil edən əsərlər yaratmışlar.
Tənqidi realizm və romantizm epoxası Azərbaycan Demokratik
Respublikası dövründə daha da inkişaf etmiş, genişlənmişdir. Bu
dövrdə Cənubi Azərbaycanda da ədəbiyyat tənqidi realizm, maarifçi
realizm və romantizm istiqamətlərində inkişaf etmişdir. XX əsrin
əvvəllərində geniş araşdırmaları ilə tanınan görkəmli tədqiqatçı
Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları”
əsəri ilk sistemli ədəbiyyat tarixi kimi dəyərlidir.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız
məlu-
mat
əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə
etməyə çalışın:
a) Hansı sənətkarların əsərləri tənqidi realizm ədəbi
cərəyanının formalaşmasında mühüm rol oynayıb?
b) Romantizm ədəbi cərəyanının nümayəndələrinin yaradıcılığında
hansı məsələlər daha qabarıq əks olunub?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild.
Bakı: Şərq-Qərb, 2007, s. 9-12.
2.
Azərbaycan nəsri antologiyası. 5 cilddə. II cild. Bakı:
Şərq-Qərb, 2006,
s. 4-7, 14-15.
3.
XX əsr Azərbaycan şeiri antologiyası. (1905-1920-ci illər).
Bakı: Şərq-Qərb, 2005, s. 4-9.