ilk qələm təcrübələrini yazan, Tiflisdə "Yeni fikir”, "Dan ulduzu” məcmuələrində çap etdirən Rəsulda bədii yaradıcılığa ciddi həvəs yaranır. O, müxtəlif təhsil ocaqlarında: Tiflisdə Zaqafqaziya Kommunist Darülfünunun kooperasiya kursunda, Bakıda Tibb İnstitutunda, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında, Moskvada Millətlər İnstitutunda və s. oxusa da, taleyini ömürlük olaraq sənətə həsr etmişdir. O, ilk mətbu əsərini - "Bir gün” adlı şeirini 1927-ci ildə Tiflisdə "Qığılcım” almanaxında dərc etdirmişdir. Onun 1931-ci ildə yazdığı "Bolşevik yazı ”şeiri ədəbiyyata yeni nəfəsli, fərqli üslublu gəncin gəldiyindən xəbər verirdi. R.Rzanın "Çapey” adlı birinci kitabı isə 1932-ci ildə işıq üzü görür. Bu kitabda dünyada baş verən mühüm hadisələrə münasibətdə ayıq-sayıq mövqeyi, kəskin məntiqi mühakimələri ilə seçilən şairin gur səsi eşidilirdi.
R.Rzanın sonrakı kitabları: "Qanadlar” (1935), "Çinar” (1939) oxucuların bu qənaətini daha da möhkəmləndirdi; təsvir etdiklərinin daxili mənasını açmaq, lirik qəhrəmanın hiss və duyğularını, mənəvi inkişafını yaddaqalan cizgilərlə diqqətə çatdırmaq istəyi bu şeirlərin əksəriyyətində özünü qabarıq göstərirdi.
Müharibə R.Rzanın da həyatında, yaradıcılığında ciddi dönüş yaratdı. O, könüllü olaraq cəbhəyə yollandı. Krımdakı Azərbaycan diviziyasında hərbi müxbir kimi fəaliyyətə başlayan şair tez-tez ön cəbhəyə yollanır, əsgərlərlə görüşür, şeir və publisistik yazıları ilə onları qələbəyə ruhlandırırdı. Müharibə mövzusunda onlarla lirik şeir yazan şair "Vətən”, "Bəxtiyar”,
R.Rza cəbhədə tanış olduğu tibb bacısını 1943-cü ildə yazdığı "Vəfa” pyesinin qəhrəmanının prototipi kimi seçmişdir. yulmuşdur. Şair müharibə mövzusuna yaradıcılığının sonrakı illərində də müraciət etmişdir.
Müharibədən sonrakı illərdə R.Rzanın yaradıcılıq axtarışları daha da genişlənir. İndi dünya, insan və onun taleyi üçün narahat bir sənətkarın düşüncələrinin geniş əks olunduğu fəlsəfi lirikanın təkrarolunmaz nümunələri yaranmağa başlayır. Bu şeirlərdə insana hörmət, məhəbbət, onu bütün