Rəsul Rza
(1910–1981)
Rəsul Rza - bənzərsiz bir şair, Azərbaycan poeziyasının
novatorlarından biridir. "Rənglər” şeir silsiləsində Rəsul Rza özü-özünü ötüb keçmiş
Nazim Hikmət
RƏSUL RZANIN HƏYATI, YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
RZA HAQQINDA BİLDİKLƏRİNİZİ YADA SALIB YIĞCAM MÜZAKİRƏ APARIN.
Aşağıdakı qaydalara əməl etməklə mətni oxuyun:
1.
Mətni fərdi olaraq bütövlükdə nəzərdən keçirin. Abzasların
başlanğıcına və sonuna, fərqləndirilmiş söz və cümlələrə xüsusi diqqət yetirin.
2.
Mətnin məzmunu ilə bağlı fikrinizdə yaranan sualları dəftərinizdə,
yaxud iş vərəqində yazın. Sual tərtib etməkdə çətinlik çəksəniz,
yenidən mətnə müraciət edin.
3.
Yazdığınız suallara cavab hazırlayın, bu zaman qısa qeydlər
etməyiniz faydalıdır. Mətndə birbaşa sualla bağlı yerləri (söz, cümlə, abzas)
silinməsi mümkün olan işarə ilə fərqləndirin.
№
|
Suallar
|
Onların qısa cavabı
|
|
|
|
4.
Suallara hazırladığınız cavabları mətnə baxmadan parta yoldaşınıza danışın. Unutduğunuz yerləri danışdığınız məqamda təkrar edə
bilərsiniz.
5.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
6.
Gəldiyiniz nəticələrə və öyrəndiklərinizə daha nələri əlavə etməyin
vacib olduğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində yazın.
Göyçayda - Mirzə İbrahimin ailəsində dünyaya göz açan Rəsul Rza ilk təhsilini burada almışdır. Atasının vəfat etməsi ailənin maddi vəziyyətini çətinləşdirmiş və o, 14 yaşında işləməyə başlamışdır.
R.Rzanın həyat yolunun və yaradıcılığının başlanğıcı üçün daha mühüm
olanlar nədir?
1930-cu ildə Bakıya gələn Rəsul Gənc işçi” qəzetində işə düzəlir. Bu, ədəbi mühitlə yaxınlaşmasında əhəmiyyətli rol oynayır;
o, M.Müşfiq, M.Hüseyn, S.Rüstəm və digər sənətkarlarla tanış olur. 1920-ci illərin sonlarında