Mənbələr üzrə araşdırma, mətnə yenidən müraciət əsərin bədii
xüsusiyyətləri barədə əhatəli fikir yürütməyə, əsaslandırılmış nəticə
çıxarmağa səbəb olur.
Sərt sovet ideologiyasının dar çərçivəyə saldığı ədəbiyyatın yarandığı dövrdə - 1930-cu illərin
sonlarında "Vaqifin meydana gəlməsi, əslində, mühüm ədəbi hadisə idi.
Əsərdə vətənpərvərliyin qızğın təbliği, qəhrəmanlıqlarla dolu tarixi
Əsərin əsas
ideyası nədir?
keçmişin xatırladılması, xalqın qüdrətinə inam, dövlətin idarə edilməsində yol verilən xətaların
acınacaqlı nəticələri və s. kimi məsələlərin təsviri
həmin illərdə oxşar mövzularda yazılan əsərlərin məzmunundan kəskin şəkildə
fərqlənirdi. Oxucu və tamaşaçılarda tarixi keçmişlə bağlı yaddaşın dirçəlməsində, milli qürur
hissinin baş qaldırmasında və güclənməsində pyesin misilsiz
xidməti danılmazdır. Əsərin ideya zənginliyi barədə danışanlar haqlıdırlar.
Bunun bir səbəbi də pyesdə qaldırılan və bədii həlli verilən problemlərin çox olmasıdır.
Mənbələrin araşdırılması bütün bunların açıqlanmasına, əsas ideyanın
müəyyənləşdirilməsinə imkanyaradır.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi
mənbə
|
Məlumatın məzmunu və aid olduğu
mətnkənarı sual
|
|
|
2.
Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını
geniş əhatə etməyə çalışın:
a) İbrahim xan və Ağa Məhəmməd şah Qacarla bağlı tarixi faktlar
pyesdəki təsvirlərlə səsləşirmi? Fərqin səbəbini necə izah edərsiniz?
b) Pyesdə qoyulmuş başlıca problemlər hansılardır? Onların bədii
həlli necə verilmişdir?
Əsərdə qaldırılmış başlıca problemlər
|
Əsərdə onların bədii həlli
|
|
|
c) Əsərin konfliktinin əsasında nə dayanır?
Əsərdəki başlıca konflikt nədir?
|
|
d) Əsərin süjetindəki mərhələləri müəyyənləşdirin, kompozisiya
baxımından mükəmməl olduğunu nümunələrlə əsaslandırın.
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
S.Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, səh. 12
2.
S.Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. V cild. Bakı: Şərq-Qərb, 2005, səh.
21-22, 35-36.