İ b r a h i m x a n.
Buyruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var...
Q a c a r (dəlicəsinə.)
Dağılın, dağılın, boğuldum yenə...
(Hamı çıxır.)
Q a c a r (öz-özünə.)
Nə deyim, nə deyim tale deyənə?
Könlüm ayrılmayır xanimanından,
Gözlərim doymayır insan qanından.
(Xəstə kimi özündən şübhələnərək.)
Bu nədir, canımda üşütmələr var?
Aha... nə dərindir bu uçurumlar?..
Gözlərim qaralır... aman... ölürəm!..
Ha... ha... ha... Bu nədir? Yoxsa gülürəm?
Günahsız qanlarmı gözümə durur?
(Özünün nəbzini tutaraq:)
Yox, yox! Hələ qəlbim qaydayla vurur,
Xeyr, ölməmişəm, hələlik sağam,
İndi mən ölümlə çarpışacağam!
Qılıncı çıxarır, qollar boşalır, qılınca dirsəklənərək
taqətsiz bir vəziyyət alır.
• II dərs
• MƏZMUN
ÜZRƏ İŞ
1.
Kiçik qruplarda birləşərək evdə təkrar etdiyiniz parçalardakı əsas
fikir, tanış olmayan söz və məcazlarla bağlı qənaətlərinizi bölüşün.
2.
Gəldiyiniz nəticə barədə təqdimatlar əsasında fikir mübadiləsi və
müzakirə aparın.
3.
Müzakirədə aşağıdakı sualları da əhatə etməyə çalışın.
a) Qacarın Qarabağa münasibəti barədə sizdə hansı təsəvvür
yarandı?
b) Qacar haqqında ilkin təəssüratınız nə oldu?
c) Qarabağda ona münasibət necədir? Fikrinizi təsdiq edən
nümunələr göstərin.
d) Vaqif- Qacar qarşılaşması sizdə hansı təəssürat yaratdı?
ə) Bu qarşılaşma hansı milli-mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
Vaqifin və Qacarın nitqindən nümunələr
|
Milli-mənəvi dəyərlərin ifadəsi
|
|
|
4.
Oxuduğunuz hissədən seçdiyiniz parçanın məzmununu hazırladığınız plan əsasında yığcam nağıl etməyə hazırlaşın.
1.
Əsərin davamını (9-cu və 11-ci şəkilləri bütövlükdə, 10-cu şəklin isə
qısa məzmununu) nəzərdən keçirin, onlardakı başlıca fikri bir neçə
cümlə ilə yazmağa çalışın.
2.
Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma,
yaxud dilimizə aid olduqlarını əsaslandırın.
Tanış olmayan sözlər
|
Mənası
|
Öz sözümüzdür
|
Alınma sözdür
|
|
|
|
|