Mirzə Ələkbər Sabir tənqidi realizm ədəbi cərəyanı hüdudlarında satirik şeir məktəbi yaratmışdır. O, ölkədəki mövcud idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi əsarətdən xilas olmağa, nəticə etibarilə azadlıq idealının gerçəkləşməsinə məslək dostu Abbas Səhhətin dediyi kimi, "bir ordudan ziyadə xidmət etmişdir”. “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük simaları olan Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqalarının yaradıcılığı ədəbiyyatda satirik şeirin mövqeyini möhkəmləndirdi.
Azərbaycan ədəbiyyatında satirik publisistika XX əsrin əvvəllərinin hadisəsi kimi meydana çıxmışdır. "Molla Nəsrəddin” jurnalı müxtəlif satirik publisistika janrlarını yaradıb ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir. Felyeton janrı publisistikaya bu jurnal vasitəsilə daxil olmuşdur.
Qədim dövr və orta əsrlər Azərbaycan poeziyası romantik səciyyəlidir. Romantik bədii metod ədəbiyyatımızda uzun əsrlər boyu hakim mövqedə olmuşdur. Bununla belə, Azərbaycanda ədəbi cərəyan kimi romantizm XX əsrin əvvəllərində meydana çıxmışdır. Romantizm - Azərbaycan ədəbiyyatında dövrün
"Məhkum Şərqin”, o cümlədən də Azərbaycanın zamana görə nisbətən geridə qalması Azərbaycan romantizmini düşündürən məsələlərdən idi. Onlar reallıqda olmasa da, xəyalda, qaibanə şəkildə vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər. Azərbaycan romantikləri "ümumi məhəbbət” ideyasını irəli sürür, bunu insanlığın "xilas yolu” kimi düşünürdülər.
Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906-1907-ci illərdə Bakıda nəşr olunmuş "Füyuzat” jurnalı Azərbaycan romantizminin əsas ədəbi cəbbəxanasını təşkil edirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, "Füyuzat” jurnalı ədəbi məktəb yarada bilmişdir. Bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında əsas yer tuturdu.
Füyuzatçılar bolşevizmi "qırmızı qaranlıq” hesab edir, türk-islam birliyinə "yaşıl işıq” kimi böyük ümidlər bəsləyirdilər. "Füyuzat” jurnalı öz ətrafında Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və Əhməd Kamalı, İrandan Səid Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu, ədəbi cəbhədə Azərbaycan-türk dünyası birliyinin ilk əməli addımı idi. Füyuzatçılıq - türkçülük və turançılıq ideyalarının yayılmasında əhəmiyyətli rol oynamışdır.
Hüseyn Cavidin yaradıcılığı XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin inkişafında özünəməxsusluğu ilə seçilir. O, "Şeyx Sənan”, "İblis”, "Səyavuş”,"Xəyyam” kimi əsərləri ilə Azərbaycan