TM-72 minası düşmənin tanklarını, özüyeriyən raket və artilleriya qurğularını, zirehli transportyorlarını və avtomobillərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş dib əleyhinə minadır. Mina tankın gövdəsinin altında partladıqda tankın heyəti məhv olur, yanacaq və döyüş sursatları partlayır. TM-72 minası gövdədən, aralıq detonatoru ilə birlikdə partladıcı maddə atımından və kontaktsız MVN-72 partladıcısından ibarətdir.
Minanın tipi | Kumulyativ |
diametri | 250 mm |
partladıcı ilə birlikdə hündürlüyü | 128 mm |
minanın partladıcı ilə birlikdə kütləsi | 6 kq |
atımın çəkisi | 2,5 kq |
gövdənin materialı | Polad |
məhvetmə qabiliyyəti | Heyətə xətər yetirir, tankın aqreqatlarını və tırtılını sıradan çıxarır. |
zirehdeşmə qabiliyyəti | 100 mm qalınlıqlı zirehi 0,25–0,5 m-dək məsafədən deşir; açdığı dəliyin diametri 50–60 mm təşkil edir. |