Dib əleyhinə minaların üzərindən tankın (avtomobilin) gövdəsi və ya tankın tırtılı (avtomobilin təkərləri) keçdikdə partlayır və nəticədə tankın dibi deşilir (avtomobili havaya uçurur), heyət məhv olur, hərəkəti təmin edən hissə və mexanizmlər sıradan çıxır. Bu minalara TMK-2, TM-72 minaları aiddir.
TMK-2 minasının tankın altında partlaması nəticəsində yanacaq və döyüş dəsti partlayır. Yanacağın və döyüş dəstinin partlaması mina partlayışının verdiyi xətəri daha da artırır.
Minanın tipi | Kumulyativ |
kütləsi | 12 kq |
partlayıcı atımın kütləsi | 6,5 kq |
diametri | 307 mm |
gövdənin hündürlüyü | 265 mm |
partladıcısı ilə birlikdə hündürlüyü | 1130 mm |
işə salınması üçün lazım olan qüvvə | 8–12 kq |
minanın partlaması üçün milin əyilmə bucağı | 24–36° |
zirehdeşmə qabiliyyəti | 110 mm |