Tırtıl əleyhinə minaların üzərindən döyüş texnikalarının tırtılı (avtomobilin təkəri) keçərkən partlayır.
TM-57, ТМ-62М minaları atımla təchiz edilmiş gövdədən və partladıcıdan ibarətdir. Gövdə poladdandır, üst hissəsində yivli mərkəzi stəkan vardır.
Partladıcının döyüş vəziyyətindən daşınma vəziyyətinə keçirilməsi xüsusi açarın köməyi ilə yerinə yetirilir. Bunun üçün açarı saat əqrəbi istiqamətində ¾ dövrə döndərmək lazımdır.
Göstəricilər | ТМ-62М | TM-57 |
tipi | Tırtıl əleyhinə, fuqas | |
gövdənin materialı | Metal | Metal |
kütləsi | 9,5–10 kq | 9,0–9,5 kq |
partlayıcı atımının kütləsi |
7,0–7,5 kq | 6,5–7,0 kq |
diametri | 320 mm | 320 mm |
hündürlüyü | 128 mm | 128 mm |
işə salınması üçün lazım olan qüvvə |
200-500 kq | 150–550 kq |