Qəlpəli ПOMЗ-2М (POMZ-2M) minası ərazini düşmənin canlı qüvvələrinə qarşı minalamaq üçündür. Minanın gövdəsi çuqundandır. Daxilində partlayıcı maddə atımının yerləşdirilməsi və torpağa vurulan qurucu mıxçanın başına keçirmək üçün boşluq var.
Tipi | Qəlpəli, dairəvi xətəryetirici |
gövdənin kütləsi | 1,2 kq |
partlayıcı maddənin kütləsi | 0,075 kq |
gövdənin diametri | 60 mm |
gövdənin hündürlüyü | 107 mm |
tam xətəryetirmə radiusu | 4 m |
qurulma üsulu | əl ilə |