Baxışın keçirilməsi üçün “Silah baxışa!” komandası verilir. Bu komanda ilə
atıcı avtomatı sol əl ilə lülə yatağından tutur, sağ əl ilə maqazini avtomatdan
ayırır və qabarıq hissəsi özünə tərəf, ötürücü hissəsi yuxarı olmaqla sol əlin
barmaqları ilə lülə yatağına sıxıb saxlayır. Sağ əl ilə silahı qoruyucudan çıxarır,
çaxmaq çərçivəsini geri çəkir və avtomatı azca sola döndərir.
Atışın rəhbəri patron yuvasını və maqazini nəzərdən keçirdikdən sonra o,
çaxmağı buraxır, tətiyi çəkir, avtomatı qoruyucuya qoyur, maqazini birləşdirir və
silahı “Qayışda” vəziyyətinə alır.
Silahların istismarı zamanı təhlükəsizlik qaydaları:
- təhlükəsizlik qaydalarını mənimsəməmiş şəxslər silahların istismarına
buraxılmamalı;
- silahların baxışdan keçirilməsinə, sökülməsinə başlamazdan əvvəl onun boş
olmasına əmin olmalı;
- atış zamanı ləngimə baş verdikdə atəşi dərhal dayandırıb silahları boşaltmalı,
ləngimənin səbəbini araşdırmalı və aradan qaldırmalı;
- atış zamanı silahların hərəkətli hissələrindən qorunmalı və giliz atılan
istiqamətdə durmamalı;
- qumbaraatanlardan atış zamanı onun arxasında 30 m-ə qədər məsafədə
adamlar olmamalıdır.
Atıcı silahların istismarı zamanı aşağıda göstərilənlərə əsla yol vermək olmaz:
- silahlar hətta qoruyucuda olduğu halda, doldurma və boşaltma zamanı
ləngiməni aradan qaldırdıqda, həmçinin doldurduqdan sonra onların
qarşısında dayanmaq;
- lülədə torpaq, qatılaşmış yağ və digər kənar əşyalar olduğu halda, silahları
doldurmaq və ya atəş açmaq.
- Atış üçün vəziyyətin alınması dedikdə nə başa düşürsünüz?
- Praktik şəkildə yerinə yetirin:
- atışa hazırlanmanı;
- düzgün tuşlamadan sonra silahın sabitliyinin yoxlanması;
- dəqiq nişanalmanı (şəkildə göstərilən kimi, səh. 79);
- silahın boşaldılmasını;
- baxışın keçirilməsini;
- müxtəlif məsafədəki hədəflərə uyğun nişangahın qurulmasını;
- qoruyucunu lazım olan atəş növünün üzərinə qoyulmasını.