Atıcı yerindən atəş açarkən ərazinin relyefindən və düşmənin atəşindən asılı olaraq ayaq üstündən, dizi üstündən və uzanaraq atəş açmaq üçün vəziyyəti alır. O, atəş üsullarının tələblərini və öz fərdi xüsusiyyətlərini nəzərə alaraq ən əlverişli vəziyyəti seçir.
Atış müvəqqəti və ya tamamilə dayandırıla bilər. “Dayan!”, yaxud “Atəşi dayandır!” komandası ilə atıcı barmağını tətikdən çəkir və silahı qoruyucuya qoyur. Atışı tamamilə dayandırdıqda bunun ardınca “Boşalt!” komandası verilir.