Nişanalma üçün nəfəsin verilməsini ləngidib düzgün arpacığı hədəfin üzərinə
gətirmək, eyni anda sağ əlin işarət barmağının birinci oynağı ilə tətiyi sıxaraq
onun neytral hərəkət məsafəsini müəyyənləşdirmək lazımdır. Nəfəs çəkilib
saxlanılmalı, tətik atəş açılana qədər mülayim tərzdə çəkilməlidir. Atəş atıcı
üçün gözlənilməz olmalıdır.
Nişanalma zamanı səhvlər
Arpacığı nişangahın gəzinin
tən ortasından sağa-sola,
yaxud onun kənarlarından aşağı-yuxarı sürüşdürəndə atış dəqiq
alınmır. Bu zaman arpacıq
gəzə nisbətən nə qədər sürüşdürülübsə,
bir o qədər də güllələr
nişanalma nöqtəsindən yayınır.
Bütün hallarda güllələr arpacığın
sürüşdüyü tərəfə yayınır.
Arpacıq aşağı
tutulub
Güllələr aşağı
gedəcək
Arpacıq sağa
tutulub
Güllələr sağa
gedəcək
Arpacıq yuxarı
tutulub
Güllələr yuxarı
gedəcək
Arpacıq sola
tutulub
Güllələr sola
gedəcək
Arpacıq düzgün
tutulub
Arpacığın düzgün tutulmasını hərbi qulluqçular öz aralarında “Düzgün arpacıq”
adlandırırlar.