Atışa düzgün hazırlaşdıqda silahın sabitliyi təmin edilir. Bu da, öz növbəsində, atışın dəqiqliyinə təsir göstərir.
Atışa hazırlaşmaq atış üçün vəziyyətin alınmasından, silahın doldurulmasından və silahın qundağını çiyinə dayamaqdan ibarətdir.
Avtomatı hədəfə düzgün tuşlamaq üçün onu sol əl ilə lülə yatağından, yaxud maqazindən, sağ əl ilə isə tapança dəstəyindən tutmaq, hədəfi gözdən qoymadan qundağı çiyinə dayamaq, sağ əlin işarət barmağını tətiyin üzərinə qoymaq lazımdır.