Şəxsi heyətin qida qəbulu, istirahəti, texnikaya texniki xidmət, təmir, texnikanın yanacaqla doldurulması üçün dincəlmə rayonları təyin edilir.
Marşa hazırlıq zamanı maşınların, silahların, gecəgörmə cihazlarının, rabitə vasitələrinin sazlığı yoxlanılır.
Taqım komandiri marşda, adətən, taqımın kolonunun başında gedir. Marşda taqımın idarə olunması təyin edilmiş siqnallar və komandalar vasitəsilə həyata keçirilir. Radiostansiyalar yalnız qəbul rejimində işləyir.
Gecə vaxtı maşınlar gecəgörmə cihazları, yaxud işıq maskalanma qurğularından istifadə etməklə hərəkət edir.
Düşmənin hava basqını zamanı taqım hərəkət sürətini və maşınlar arasındakı məsafəni artıraraq irəliləməni davam etdirir.
Hava hədəflərinə atəş aparmaq üçün ayrılmış atəş vasitələri atəş açmağa hazırlaşır. Düşmənin hava hücumunu taqım komandirinin komandası ilə və ya müstəqil qaydada açılan atəşlə dəf edirlər.