Səfər düzülüşü bölmələrin ardıcıl kolonlarla
hərəkət etməsi üçün düzülüşdür. O, marşda,
təqibdə, manevr icra edəndə tətbiq olunur. Səfər
düzülüşü yüksək hərəkət sürətini, döyüşqabağı
və döyüş düzülüşünə tez açılmanı, düşmənin
atəşlərindən daha az zərər görməni, dayanıqlı
idarəetməni təmin edir.
Döyüşqabağı düzülüş bölmələrin cəbhə boyu və
dərinliyə yayılaraq kolonlarla hərəkət etməsi
üçün düzülüşdür. O, döyüş düzülüşünə tez
açılmanı, düşmənin atəşlərindən daha az zərər
görməni, maneələrin dəf edilməsini və dayanıqlı
idarəetməni təmin edir.
Döyüş düzülüşü bölmələrin döyüş aparması üçün düzülüşdür. O,
aşağıdakıları təmin edir:
döyüş tapşırığının uğurla yerinə yetirilməsini;
bölmələrin döyüş imkanlarından tam istifadə olunmasını;
səylərin seçilən istiqamətdə vaxtında cəmləşdirilməsini;
düşmənə atəşlə zərərvurmanın nəticələrindən və əlverişli
ərazi şərtlərindən cəld yararlanmanı;
döyüşün gedişində manevrin həyata keçirilməsini;
düşmənin zərbə və atəşlərindən daha az zərər görməni;
idarə edilmənin fasiləsiz saxlanmasını.