Amerika Birləşmiş Ştatlarında reincer kursunu bitirmiş
Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı
Murad
Mirzəyev 2016-cı
il Aprel döyüşlərində komandiri
olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri
düşməndən azad etmiş və baş verən qeyri-bərabər
döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Murad
Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru Saleh Həsənov
Murov zirvəsinin, Cəbrayıl və Füzuli şəhərlərinin, Hadrut
qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda
gedən döyüşlər zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə
yetirərkən göstərdiyi qəhrəmanlıqlara görə Vətən Müharibəsi
Qəhrəmanı adına layiq görülmüşdür.