Taborun ehtiyatını təşkil edən taqım müdafiəyə soxulmuş düşmənin hücumunu
dəf etməyə, döyüş qabiliyyətini itirmiş birinci eşelon bölmələrini gücləndirməyə
(dəyişməyə) və həmlə edən düşməni məhv etməyə hazır olur.
Həmlə dəf ediləndən sonra:
- taqımın döyüş və say tərkibi, döyüş sursatı, digər maddi vəsaitlər ehtiyatı
və vəziyyəti yoxlanılır;
- yaralılara kömək göstərilir, ağır yaralıların çıxarılması üçün tədbirlər
görülür;
- mühəndis maneələri və istehkam qurğuları, atəş sistemi, raket, silah-sursat
ehtiyatı bərpa edilir;
- silahlar qaydaya salınır, ehtiyac olduqda atəş vasitələrinin mövqeləri
dəyişdirilir;
- döyüşün nəticələri haqqında məruzə edilir.