Ordumuzun müasir döyüş texnikası və silahlarla təchiz edilməsi gənc əsgərlərin təliminə fərqli yanaşma tələb edir. Qısa müddət ərzində müasir silah və texnikanı mükəmməl öyrənmək o qədər də asan deyildir. Ona görə də hər bir şagird əvvəlcədən özünü hərbi xidmətə hazırlamalı, xalqı və vətəni qarşısında vətəndaşlıq məsuliyyətini dərindən dərk etməlidir.
Çağırışaqədərki hazırlıq Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi” nə və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir. Burada gənc əsgərin hazırlıq proqramı həcmində hərb işini öyrənməsi nəzərdə tutulur.
Çağırışaqədərki hazırlıq kursunu mükəmməl mənimsəyən şagird hərbi xidməti uğurla başa vurmaqda çətinlik çəkməyəcəkdir.
10-cu sinifdə olduğu kimi, 11-ci sinifdə də bu fənni dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları, həyat və fəaliyyətin təhlükəsizliyinin təminatı, tibbi biliklər və ilk tibbi yardım qaydaları olmaqla üç istiqamət üzrə öyrənəcəksiniz.
Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları istiqamətində aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:
Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı istiqamətində aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:
Tibbi biliklər və ilk tibbi yardım qaydaları istiqamətində isə bunları öyrənəcəksiniz: