Cinahlardan həmlə təhlükəsi yarandıqda motoatıcı taqımın
döyüş düzülüşünün sağ və sol tinli qurulması mümkündür.
Motoatıcı taqımda köçəri piyadanın döyüş maşını təyin oluna bilər.
Köçəri piyadanın döyüş maşını taqımın atəş vasitələrinin sayı və onların yerləşməsi
barədə düşməndə yanlış fikir yaratmaq məqsədi daşıyır. Köçəri piyadanın
döyüş maşınının atəş mövqeyi döyüş tapşırığı və ərazini nəzərə almaqla seçilir.
Köçəri piyadanın döyüş maşını atəş mövqelərini dəyişərək düşmənə atəş
açır. Döyüş tapşırığını yerinə yetirəndən sonra o, əsas atəş mövqeyini tutur və
ya taqım komandirinin göstərişinə əsasən fəaliyyət göstərir.
Taqımın dayaq məntəqəsi manqaların döyüş mövqeyi, taqımın komanda-müşahidə
məntəqəsi, bölmələrin atəş mövqeyindən və döyüş maşınları qrupunun
yerləşmə rayonundan ibarətdir.
Taqımın döyüş düzülüşü