İdarəetmə və atəş dəstəyi qrupu hücumun gedişində bölmələrin (atəş vasitələrinin) idarə edilməsi və atəşlə dəstəklənməsi üçün təyin edilir. O, manqaların döyüş düzülüşündən 50 m-ə qədər arxada və ya bilavasitə onların döyüş düzülüşündə fəaliyyət göstərir. Döyüş maşınları (tanklar) arasında məsafə 100 m-ə qədər ola bilər.