Taqımın həmlə obyekti, adətən, düşmənin səngərlərdə və ya digər mühəndis qurğularında müşahidə olunan canlı qüvvəsi, tanklar, toplar, tank əleyhinə raket kompleksləri, pulemyotlar, digər atəş vasitələridir.
Taqımın hücumunun sonrakı istiqaməti elə hesabla təyin olunur ki, bölüyün yaxın tapşırığının yerinə yetirilməsi təmin edilsin.
Tapşırıqdan və şəraitdən asılı olaraq motoatıcı taqım düz xətlə, geri (irəli) bucaqla və ya tinli (sağa və ya sola) düzülüşdə hücuma keçir.
Manqalar arasında cəbhə üzrə və dərinliyə interval 50 m-ə qədər ola bilər.