Zirehli transportyor
Zirehli transportyor 5-9 mm-lik zirehi ilə heyəti güllə və qəlpələrdən qoruyur.
Sürücü-mexanik və transportyorun komandirindən ibarət idarəetmə bölməsi gövdənin
ön tərəfində yerləşir. Desant bölməsinin mərkəzi boyu hər tərəfdə üç desant
üzü çıxışa tərəf yerləşdirilir. Sürücü-mexanikin və komandirin iş yerləri üzərində
iki fərdi yarımdairəvi qapı var.
Transportyora minib-düşmək iki böyük ikilaylı qapıdan həyata keçirilir. Qapıların
yarısı hərəkət istiqamətində irəli, yarısı isə aşağı açılır. Yuxarı hissə minib-düşərkən desantı düşmənin gülləsindən qoruyur, aşağı hissəsi isə pilləkən
rolunu oynayır.
Transportyor şosedə 90 km/saat, suda üzdükdə isə 10 km/saat sürət yığa
bilir. Quruda gediş ehtiyatı 600 km-dir. Suda 12 saat üzə bilir.
- Motoatıcı taqımların quruluşunu müqayisə edin.
- Motoatıcı taqımların müxtəlif döyüş və avtomobil texnikası üzərində olmasının
onların döyüş imkanına təsirini izah edin.
- Sizcə, motoatıcı taqımın döyüş tapşırığını yerinə yetirməsinə ərazi necə təsir
göstərir?
- Sizcə, motoatıcı taqımın döyüş tapşırığını yerinə yetirməsində döyüş maşınlarının
rolu nədən ibarətdir?
- Motoatıcı taqımların hansında və hansı vəzifədə xidmət etmək istərdiniz? Nə
üçün? Fikrinizi necə əsaslandırardınız?
- Piyadanın döyüş maşınının, zirehli transportyorun və avtomobilin taktiki
işarələrini çəkin.
- Piyadanın döyüş maşını üzərindəki motoatıcı taqımın taktiki işarəsini çəkin.
- Zirehli transportyor üzərindəki motoatıcı taqımın taktiki işarəsini çəkin.
- Avtomobil üzərindəki motoatıcı taqımın taktiki işarəsini çəkin.