Mühəndis maneələri bütün növ döyüş əməliyyatlarında düşmənə itki
vermək, onun hərəkətini ləngitmək, manevrini məhdudlaşdırmaq, onları
qoşunlarımız üçün əlverişli istiqamətə yönəltmək və atəş vasitələrinin effektivliyini
yüksəltmək üçün qurulur.
Maneələrdən və dağıntılardan keçidlərin açılması
mühəndis qoşun
bölmələri tərəfindən, eləcə də mina tralları ilə təchiz olunmuş döyüş maşınları
ilə həyata keçirilir.
Düşmən kəşfiyyatından gizlətmə
(maskalama) üçün mühəndis silahlanma
vasitələrinin tətbiqinə aşağıdakılar daxildir: silah və hərbi texnikanın
maskalayıcı rənglənməsi, maskalayıcı örtüklərin qurulması (açılması),
yerli materiallar dan təqlid (imitasiya) kimi istifadə edilməsi.
Su hasil edilir, paylanmadan əvvəl çökdürmə və süzmə yolu ilə durulaşdırılır,
maye xlor, xlorlu əhəng və ozonla zərərsizləşdirilir.
- Ərazinin kəşfi dedikdə nə başa düşürsünüz?
- Sizcə, kəşfiyyat qrupunun komandirinin iş xəritəsində öz qoşunlarımız
haqqında məlumatın olması nəyə görə qadağandır?
- Pusqunun təşkili zamanı bölmənin tərkibindən təyin olunmuş qrupların fəaliyyətlərini
praktiki olaraq yerinə yetirin.
- Basqın zamanı maşınlardan və obyektlərdən hansı sənədlər götürmək olar?
- Mühəndis təminatının əsas tapşırıqları hansılardır?
- Mühəndis maneələri dedikdə nə başa düşürsünüz?
- Fortifikasiya təchizatı və düşmən kəşfiyyatından gizlətməni fərqləndirin.
- Axtarış və əsirtutma niyə məhz döyüşə hazırlaşanda təşkil edilir?