Mühəndis təminatı
Bölmələrin vaxtında və gizli hərəkəti, manevri, döyüş tapşırığını müvəffəqiyyətlə
yerinə yetirməsi, onların müdafiə qabiliyyətinin yüksəldilməsinin təmin edilməsi,
düşmənin fəaliyyətini çətinləşdirməsi və ona itki verməsi məqsədilə həyata
keçirilir.
MÜHƏNDİS
TƏMİNATININ
ƏSAS
TAPŞIRIQLARI
mühəndis kəşfiyyatı
mühəndis maneələrinin yaradılması
düşmən kəşfiyyatından gizlətmə
fortifikasiya təchizatı
maneələrdən və dağıntılardan
keçidlərin açılması
suyun hasil edilməsi
Mühəndis kəşfiyyatı düşmənin yerləşmə rayonları və mövqelərinin mühəndis təchizatını;
düşmənin mühəndis maneələrini; ərazinin keçilmə
mümkünlüyünü, yol və körpülərin vəziyyətini; dağıntıların, subasmaların
və digər maneələrin yerini, onların dəf edilməsi və yandankeçmə istiqamətlərini;
su maneələrinin xarakterini və onlardan döyüşlə keçilmənin şərtlərini; ərazinin maskalanma və qoruyucu
(mühafizə) xüsusiyyətlərini təyin
etmək üçün aparılır.
Fortifikasiya təchizatı döyüşün gedişində ərazinin maskalanma və qoruyucu
xüsusiyyətlərindən istifadə etməklə mühəndis texnikalarının, qurğuların, konstruksiyaların və
yerli materialların istifadəsi ilə daim həyata keçirilir.