Əziz gənclər, bu dərsimizdə quruluşunu öyrəndiyimiz taqımın kəşfiyyat və mühəndis təminatı üzrə fəaliyyəti ilə tanış olacaqsınız.
Kəşfiyyat döyüş təminatının əsas növüdür.
Dozor manqaları vaxtında düşməni aşkarlamaq və ərazinin kəşfi üçün çıxarılır. Dozor manqası kəşfiyyat məlumatlarını yerindən, hərəkətdə, qısa dayanacaqlardan qulaqasma və yerli sakinləri sorğu-sual etməklə əldə edir.
Dozor manqası onu göndərən bölmənin hərəkətini ləngitmədən müşahidə üçün münasib məntəqənin birindən digərinə hərəkət edir. Hərəkət marşrutunda əraziyə, yerli əşyalara baxış keçirilir, düşmənin gizlənməsi mümkün olan ərazilər diqqətlə yoxlanılır.